-Sınaq imtahanı sizin qəbul imtahanına hazırlaşmağınıza, sizdə imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyənizi real qiymətləndirməyinizə kömək edir. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirməyin, cavabları köçürməyin və ya imtahan nəticələrinizin digər üsullarla süni artırılmasına çalışmayın. Sınaq imtahanlarında əldə etdiyiniz nəticələr qəbul imtahanlarının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil. |
| -Sınaq imtahanlarına yazılış yalnız İNTERNET vasitəsilə aparılır və imtahan keçiriləcək həftənin cümə axşamı günü səhər saat 10:00-da başa çatır. |
| -İmtahana yazılmaq üçün SƏXSİYYƏT (QEYDİYYAT, İCAZƏ) VƏSİQƏSİ və 2013-cü ilin ÖDƏMƏ KARTI tələb olunur. |
| -Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən MYİ və ya DYİ seriyalı icazə vəsiqəsi almış əcnəbilər sınaq imtahanına internet vasitəsilə ümumi qaydada yazıla bilərlər. |
| -Xarici dövlətlərin vətəndaşı olan qaçqın və sığınacaq axtaran şəxslər "Himayə sənədi" təqdim etməklə sınaq imtahanlarına TQDK-da və TQDK-nın regional bölmələrində yazıla bilərlər. |
-Sınaq imtahanı zamanı I qrup əlil vətəndaşlar üçün zəruri şəraitin yaradılması məqsədilə həmin şəxslərdən əlillik haqqında arayışı və imtahana buraxılış vərəqəsinin surətini sınaq imtahanına yazıldıqdan sonra bir gün ərzində TQDK-ya təqdim etmək xahiş olunur! Sənədlərin elektron surətlərini info@tqdk.gov.az elektron poçt ünvanına da göndərmək olar. |
| -Azercell, Bakcell və Nar Mobile abunəçiləri TQDK xəbərlərini əldə etmək üçün SMS-Məlumatlandırma xidmətinə abunə ola bilərlər. Bunun üçün müvafiq açar sözlərin baş hərflərini - A (abituriyent), B (bakalavr), S (sınaq) və ya O (orta ixtisas) yazıb 82002-yə göndərmək kifayətdir. 4 məlumat blokundan birinə, bir neçəsinə və ya hamısına abunə yazılmaq olar. Hər blok üçün 1 aylıq abunə haqqı 53 qəpikdir. |
| -Azercell, Bakcell və Nar Mobile abunəçiləri sınaq imtahanı nəticələrini SMS vəsitəsilə də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini SMS-lə 7727-yə göndərmək kifayətdir! |
| -Sınaq imtahanının nəticələri növbəti həftənin cümə axşamı günü elan edilir. |
| -May ayının 26-da keçiriləcək sonuncu sınaq imtahanı iştirakçılarına yeni (4 nömrəli) test kitabçası təqdim olunacaq! Yazılış may ayının 14-dən aparılacaq. |
-2013-cü ilin sonuncu sınaq imtahanına yazılış başa çatmışdır. |