Xüsusi qabiliyyət tələb olunan ixtisaslar üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanları keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
14.06.2017

Dövlət İmtahan Mərkəzi  08, 09 və 10 iyun tarixlərində ali təhsi müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar üçün qabiliyyət  imtahanları keçirmişdir. Musiqi sənəti (proqram 68), Teatr, kino və xoreoqrafiya sənətləri  (proqram 69) və  Təsviri sənət (proqram 70) istiqamətlərinə  aid olan ixtisaslaşmalar üzrə bütövlükdə 170 bakalavr qeydiyyatdan keçmişdir. Musiqi sənəti (proqram 68) üzrə 98, Teatr, kino və xoreoqrafiya sənətləri  (proqram 69) üzrə 7, Təsviri sənət (proqram 70) istiqaməti üzrə isə 65 bakalavr qeydiyyatdan keçmişdir. 5 bakalavr imtahanlarda iştirak etməmişdir.  İmtahanlarda iştirak edən bütün bakalavrlar tələb olunan müsabiqə şərtlərini ödəmişdir. Hər üç istiqamət üzrə bakalavrların aldıqları qiymətlərdən apelyasiya şikayəti vermək hüququnu təmin etmək məqsədilə istiqamətlər üzrə Apelyasiya  Komissiyaları yaradılmışdır. Qaydalara əsasən bakalavrlara imtahan nəticələri elan  olunan gün müvafiq Apelyasiya  Komissiyalarına  müraciət etmək hüququ verilmişdir. İmtahanda iştirak etmiş heç bir bakalavr Apelyasiya  Komissiyalarına apelyasiya şikayəti ilə bağlı müraciət etməmişdir.