ADBTİA-nın magistraturasının tədrisi ingilis dilində olan “İdman menecmenti”, “İdman jurnalistikası” və "İdman və tibbi reabilitasiya" ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
04.05.2017

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası” və “İdman menecmenti” ixtisaslaşmalarına qəbul olmaq istəyən, imtahanın I mərhələsində nəticələri DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini, həmçinin IELTS və ya TOEFL imtahanı üzrə tələbləri (minimum 5 bal, IBT 47 bal) ödəyən bakalavrların qeydiyyat müddəti mayın 29-dək "İdman və tibbi reabilitasiya" ixtisası üzrə isə mayın 23-dək uzadılmışdır.  Bakalavrlar müsahibə mərhələsində iştirak etmək üçün  ADBTİA-nın veb səhifəsində (www.sport.edu.az) qeydiyyatdan keçməlidirlər.

Müsahibə “İdman menecmenti” ixtisası üzrə 30 mayda, “İdman jurnalistikası” ixtisası üzrə 31 mayda, “İdman tibbi və reabilitasiya” ixtisası üzrə isə 26 may saat 14:30-dan 18:00-dək; 27 may saat 11:00-dan 18:00-dək   Bakı şəhəri F.X.Xoyski prospekti, 98 ünvanında yerləşən ADBTİA-nın binasında keçiriləcəkdir.

Keçiddən istifadə edərək qeydiyyat üçün tələb olunan sənədlər və müsahibə mərhələsi haqqında ətraflı məlumat əldə edə bilərsiniz (http://tqdk.gov.az/news/master/2927/).