Magistratura və rezidenturaya elektron ərizə qəbulunun vaxtı 28 mart saat 23:59-dək uzadılır

Line Spacing+- AFont Size+- Çap
17.03.2017

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına və rezidenturaya elektron ərizə qəbulunun vaxtı ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin sayının çox olması nəzərə alınaraq 28 mart saat 23:59-dək uzadılır. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş namizədlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər. Magistratura və rezidenturaya ərizə vermək istəyən digər namizədlərə də həmin müddət ərzində elektron ərizə formasını doldurub təsdiq etmək imkanı verilir.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan və ya hər hansı bir səbəbdən ərizəsini özü təsdiq edə bilməyən namizədlərin nəzərinə çatdırırıq ki, 18-26 mart tarixləri qeyri-iş günü olduğu üçün SQK-lar 27-28 mart tarixlərində saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.