DİM-in elektron xidmət istifadəçilərinin nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
05.12.2017

Dövlət İmtahan Mərkəzi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılmasını təmin etmək məqsədi ilə Mərkəzin informasiya texnologiyaları infrastrukturunda aşağıdakı zəruri işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

-  yeni veb serverlərin quraşdırılması və işə salınması;

-  hazırda istifadədə olan veb və məlumat bazaları serverlərinin proqram təminatının yeni versiyalı təminatla əvəz edilməsi;

-  təhlükəsizliyi təmin edən, məlumat bazaları və proqram layihələri ilə işi asanlaşdıran proqram vasitələrinin quraşdırılması və s.

Tələb olunan işlərin həyata keçirilməsi üçün Mərkəzin elektron xidmətlərinin göstərilməsi 2017-ci il dekabrın 7-dən 12-dək dayandırılacaqdır.

Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.