Regionlar (Bakı şəhəri istisna olmaqla) üzrə müsabiqəyə çıxarılması nəzərdə tutulan vakant vəzifələr

Line Spacing+- AFont Size+- Çap
14.11.2017

Dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim olunmuşdur. İnzibati rəhbər vəzifələr üzrə (A növü) 176, inzibati icraçı vəzifələr üzrə (B növü) 814 vakant vəzifə təqdim olunub.  Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (504 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (113 vakant vəzifə) və Statistika Komitəsi (121 vakant vəzifə) tərəfindən təqdim olunmuşdur. İnzibati rəhbər vəzifələr üzrə təqdim olunan vakansiyalar arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 5-ci təsnifatına aid Əmlak Məsələləri Dövlət Komitəsi üzrə yerli bölmənin  müdiri (5 vakant vəzifə ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə yerli bölmələrin müdiri (4 vakant vəzifə) vəzifələridir. Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati rəhbər vəzifələrə aid olan yerli bölmə rəhbərinin müavini yeri üzrə 44, yerli bölmədə sektor müdiri yeri üzrə 107 vakant vəzifə təqdim olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inzibati rəhbər vəzifələrə aid olan 2 sektor müdiri (inzibati vəzifələrin 6-cı təsnifatına uyğun olan), 8 yerli bölmə rəhbərinin müavini və 1 yerli bölmədə sektor müdiri vəzifəsi təqdim olunmuşdur. Hazırda dövlət orqanları tərəfindən vakant vəzifələr müsabiqəyə təqdim olunmaqdadır.

Regionlar (Bakı şəhəri istisna olmaqla) üzrə ümumilikdə 780 vakant vəzifənin müsabiqəyə çıxarılması nəzərdə tutulur. Həmin vəzifələrdən 162-si rəhbər vəzifələrə aiddir. Regionlar üzrə müsabiqəyə çıxarılması nəzərdə tutulan vəzifələr üzrə ətraflı məlumatla buradan tanış ola bilərsiniz.