BİLDİRİŞ

Line Spacing+- AFont Size+- Çap
24.10.2017

Hörmətli iş adamları!

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi USB çıxışlı elektrik qida adapterlərin və MICRO SD kartların kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar 502-47-53/56/58, daxili 144 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər:

·   Nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş);

·   Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş);

·   Kommersiya hüquqi şəxsinin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə)

·   Vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

·   Vergi uçotu haqqında arayış (ƏDV ödəyicisi olmayan təşkilatlar üçün).

06 noyabr  2017-ci il saat 17.00 tarixinədək qəbul olunur.

Ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Muşfiq küçəsi,ev1M.

Email: i.aliyev@dim.gov.az