Dövlət İmtahan Mərkəzində oktyabrın 7-də növbəti SAT imtahanı keçiriləcəkdir

Line Spacing+- AFont Size+- Çap
05.10.2017

Dövlət İmtahan Mərkəzində oktyabrın 7-də  növbəti SAT imtahanı keçiriləcəkdir.

İmtahanda iştirak edən şəxslər saat 07:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür:http://www.dim.gov.az/exam/sat/