Dövlət İmtahan Mərkəzində sentyabrın 30-da TOEFL imtahanı keçirilib

Line Spacing+- AFont Size+- Çap
30.09.2017

Dövlət İmtahan Mərkəzində sentyabrın 30-da növbəti TOEFL imtahanı keçirilib. İmtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti TOEFL imtahanının 2017-ci il oktyabrın 28-də keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və oktyabrın 23-nə qədər davam edəcək. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/exam/toefl/