“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” tvinninq layihəsi çərçivəsində dövlət qulluğuna qəbul məsələlərinə dair seminar keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” tvinninq layihəsi çərçivəsində dövlət qulluğuna qəbul məsələlərinə dair seminar keçirilmişdir
28.08.2017

28 avqust 2017-ci il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan və Litva Respublikaları arasında həyata keçirilən AZ/15/ENP/OT/40 “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” tvinninq layihəsi çərçivəsində dövlət qulluğuna qəbul məsələlərinə dair seminar keçirilmişdir. Seminar zamanı Litvanın Dövlət Qulluğu Katibliyindən olan iki ekspert Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının insan resursları üzrə mütəxəssislərinə Avropanın dövlət qulluğuna qəbul sistemi haqqında məlumat vermiş xüsusilə, İrlandiya, Belçika (SELOR) və Litvanın bu sahədəki təcrübəsi haqqında geniş təqdimatla çıxış etmişdir. 

IMG_9652.JPG

Seminarın 30-dan artıq iştirakçısı Azərbaycanın dövlət qulluğuna qəbul sistemindəki çətinliklər, namizədlərin seçilməsinin ən effektiv yolu, müxtəlif vəzifələr üzrə namizədlərin bacarıqlarının qiymətlədirilməsi metodları haqqında fikir mübadiləsi aparmışlar. Seminarın sonunda ekspertlər Azərbaycanda dövlət qulluğuna qəbul sisteminin inkişafı məqsədilə hazırladıqları təkliflər siyahısını iştirakçıların diqqətinə çatdırmış, iştirakçılarla bu sistemin daha da təkmilləşdirilməsi yönündə müzakirələr aparmışlar.