DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Zaqatala rayonunda vətəndaşlarla görüşü avqustun 4-də keçiriləcək

Line Spacing+- AFont Size+- Çap
26.07.2017

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin iyulun 28‑də Zaqatala rayonunda vətəndaşlarla  nəzərdə tutulan görüşün tarixi dəyişdirilib.

Vətəndaşların qəbulu avqustun 4-də saat 12:00-da Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. (Ünvan: Zaqatala şəhəri, Car küçəsi, 1)

Zaqatala rayonunda keçiriləcək qəbulda Balakən, Zaqatala, Qax, Şəki rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. 

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki regional bölməsinə (Ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 182) müraciət etmələri (əlaqə tel.: (024-244-66-14) xahiş olunur.

Bundan əlavə, Balakən, Zaqatala, Qax rayon  Təhsil Şöbələrində avqustun 3-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.