Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının məlumatı

Line Spacing+- AFont Size+- Çap
19.06.2017

Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına açıq tipli tapşırıqlar ilə əlaqədar 234 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,20%-i) 1419 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət etmişdir. Onlardan 91 şagirdin (bütün imtahan verənlərin 0,08%-i) cəmi 124 tapşırıq (bütün tapşırıqların 0,005%-i,) üzrə qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilmişdir.