Mayın 27-də keçiriləcək ilk sınaq imtahanına yazılış davam edir

Line Spacing+- AFont Size+- Çap
17.04.2017

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mayın 27-də ilk sınaq imtahanı keçiriləcəkdir. Sınaq imtahanı keçiriləcək şəhər və rayonlar, imtahan binaları və boş yerlər haqqında  keçiddən tanış ola bilərsiniz: http://eservices.dim.gov.az/sinaq/

Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

May ayının 27-də keçiriləcək sınaq imtahanına qeydiyyat 23 may saat 10:00-dək aparılacaqdır.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ  kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.