“Şəxsi kabinet”ə daxil olmaq üçün tələb olunan parolu unudan şəxslərin nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
18.03.2017

DİM-in elektron xidmətlərindən faydalanmaq istəyən istifadəçilər yaratdıqları “Şəxsi kabinet”ə daxil olmaq üçün tələb olunan parolu unutduqda şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini (FİN) və qeydiyyat zamanı daxil edilən e-mail ünvanını “parolu unutmuşam” bölməsində müvafiq sahələrə daxil edib "E-mail göndər" düyməsini basmaqla yenidən əldə edə bilər. Parol elektron poçt ünvanına göndəriləcək. Parolu məxfi saxlayın və itirməyin!