Təsviri sənət istiqamətinin ixtisasları üzrə qabiliyyət imtahanında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
17.03.2017
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) 28-29 mart 2017-ci il tarixlərində saat 10:00-dan 14:00-dək akademiyanın yeni tədris binasında təsviri sənət istiqamətinin ixtisasları üzrə qabiliyyət imtahanında iştirak etmək istəyən abituriyentlər üçün məsləhət saatları keçirəcəkdir. Arzu edən abituriyentlər ADRA-nın Bakı şəhəri, Heydər Əliyev prospekti, 24 ünvanında yerləşən tədris binasına müraciət edə bilərlər.