AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Nəzarətçilərin elektron qeydiyyatı ilə bağlı işlər yekunlaşıb

Line Spacing+- AFont Size+- Çap
28.12.2016

Dövlət İmtahan Mərkəzi 2017-ci ildə keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək şəxslər haqqında məlumatların «Nəzarətçilərin elektron qeydiyyatı» sisteminə daxil edilməsi prosesini yekunlaşdırıb. 

Sistemə Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarından və respublikanın 2076 orta təhsil müəssisələrindən 14817 nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib. Onlardan 1508 nəfəri test imtahanlarında ilk dəfə iştirak edəcək müəllimlərdir.