Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün treninqləri davam etdirir

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün treninqləri davam etdirir
23.01.2017

Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhəri üzrə Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron, Sumqayıt, Şuşa, Laçın, Zəngilan, Qubadlı, Naxçıvan, Mingəçevir, Göyçay, Şahbuz, Daşkəsən, Göygöl, Yevlax, Tərtər, İmişli, Biləsuvar, Siyəzən, Ordubad, Culfa, Samux, Goranboy, Oğuz, İsmayıllı, Babək, Şəmkir, Balakən, Ağsu, Hacıqabul, Cəlilabad, Şabran, Bərdə, Salyan  üzrə imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün 16-19 yanvar tarixlərində seminar-məşğələlər keçirilmişdir.

DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən aparılan seminarlara 34 rayon üzrə 755 təhsil müəssisəsindən 1595 nəzarətçi-müəllim cəlb edilmişdir. Müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyən 102 nəzarətçi-müəllim qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək seminar-məşğələlərə dəvət edilmişdir.

DSCF1334.JPG

İmtahan proseduralarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 20-25 nəfərlik qruplarla keçirilmişdir.

Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilmiş, imtahanın gedişi ilə bağlı qaydalar izah edilmiş, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilmiş və nəzarətçi‑müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilmişdir.

16105677_750054905158992_3336276173678229706_n.jpg

Seminar iştirakçıları DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.

Qeyd edək ki, seminarlar qrafikə uyğun olaraq (http://tqdk.gov.az/news/events/2694/) digər rayonlarda davam edir.