Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) noyabrın 26-da TOEFL imtahanı keçirəcəkdir

Line Spacing+- AFont Size+- Çap
16.11.2016

Nəzərinizə çatdırmaq istərdik ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Educational Testing Service (ETS) təşkilatı tərəfindən sertifikatlaşdırılmış administrativ test mərkəzi kimi təsdiq edilmişdir. Bu imtahan ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. TOEFL iBT® imtahanı vasitəsilə oxu, yazı, dinləmə və danışıq üzrə səriştələri tətbiq etmə dərəcəsi müəyyən edilir. Onlayn formada keçirilən TOEFL iBT® imtahanı ingilis dilli ölkələrdə təhsil almaqda əhəmiyyətli rol oynayır.

Aşağıdakı keçiddə təqdim edilən məlumatla tanış olaraq, TOEFL® imtahanına qeydiyyatdan keçə bilərsiniz:

İmtahan noyabrın 26-da saat 08:00-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanda iştirak edəcək şəxslər  07:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.

Növbəti TOEFL® imtahanlarının TQDK test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:

 

26.11.2016

17.12.2016

14.01.2017

18.02.2017

04.03.2017

15.04.2017

13.05.2017

10.06.2017


ETS və TOEFL IBT®test haqqında daha ətraflı məlumat əldə etmək üçün amajidova@tqdk.gov.az elektron poçtuna məktub göndərə bilərsiniz.