DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Saatlı rayonunda vətəndaşları qəbul edəcək.

Line Spacing+- AFont Size+- Çap
16.11.2016

Saatlı rayonunda keçiriləcək qəbulda Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul noyabr ayının 24-də saat 11.00-da Saatlı rayon Gənclər Mərkəzində (ünvan: Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsi, 71) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Şirvan regional bölməsinə (Ünvan: Şirvan şəhər M.Ə.Rəsulzadə prospekti, 19, əlaqə tel.: (02121) 215-15-23) müraciət etmələri xahiş olunur. Bundan əlavə, Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala rayon Təhsil Şöbələrində 16-23 noyabr 2016-cı il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.