Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 9-cu nömrəsini nəşr etmişdir

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzi  “Abituriyent” jurnalının 9-cu nömrəsini nəşr etmişdir
22.08.2017

“Abituriyent” jurnalının 9-cu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı,müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub. 

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
  • Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. 

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).