Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlandı

Line Spacing+- AFont Size+- Çap
15.08.2017

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.