Tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir

Line Spacing+- AFont Size+- Çap
30.08.2017

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin təhsil müəssisələrində qeydiyyatı davam edir.

Abituriyentlər 31 avqust saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər).

30 avqust saat 10:00-a olan məlumata əsasən qəbul olan abituriyentlərdən 76%-i qeydiyyatdan keçib.

Xatırladaq ki, qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.