AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

SAT imtahanları

Line Spacing+- AFont Size+- Çap

Ümumi məlumat

SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab olunur. 

2014-cü ilin sonunda ABŞ-ın ETS (Educational Testing Service - Təhsil Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə “College Board” - Ali təhsilə qəbul Şurası tərəfindən hazırlanan SAT imtahanını Azərbaycanda test mərkəzi kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirməsi hüququ əməkdaşlıq razılaşması ilə əldə edilmişdir. Bu razılaşmaya əsasən, SAT-nin məlumat sistemində TQDK 60129 kod nömrəsi ilə qeydiyyata alınmışdır. SAT imtahanını TQDK test mərkəzində vermək istəyən şəxslər qeydiyyat zamanı bu kod vasitəsilə TQDK test mərkəzinin axtarışını verə bilərlər. SAT nəticəsini TQDK-ya təqdim etmək istəyən şəxslər (hal-hazırda yalnız ADA Universitetinə qəbul üçün nəzərdə tutulur) “College Board”-un SAT ballarını qəbul etmə sistemində TQDK-nın bal qəbul etmə kodunu 7876 kimi qeyd etməlidirlər. 

Qeyd edək ki, TQDK bu prosesdə yalnız imtahan mərkəzi kimi iştirak edir, sualların məzmunu və ya cavabların emal edilməsi ilə bağlı olan məsələlər TQDK səlahiyyətinə daxil deyil. 

Qeydiyyat

ADA Universitetinə qəbul