Sınaq imtahanları

Line Spacing+- AFont Size+- Çap

Sınaq imtahanına yazılış

Bakalavriat səviyyəsinə (I-IV ixtisas qrupları üzrə) qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanına yazılış

Sınaq imtahanının nəticələri

3, 10, 24 aprel və 8 may 2016-cı il tarixlərində keçirilmiş sınaq imtahanlarının nəticələri və cavab kartlarının qrafik təsvirləri
 
 

1996-1997-ci tədris ilindən başlayaraq TQDK hər il qəbul imtahanları ərəfəsində Bakı, Naxçıvan, Sumqayıt, həmçinin bölgə mərkəzlərində ali məktəblərə hazırlaşan abituriyentlər üçün sınaq imtahanları keçirir.

2007-2008-ci illərdən TQDK abituriyentlər üçün “pretest layihəsi” çərçivəsində internet vasitəsilə virtual sınaq imtahanları keçirilməsinə başlanmışdır. Hal-hazırda abituriyentlər TQDK-nın internet saytında müvafiq səhifəyə daxil olmaqla öz biliklərini yoxlaya bilərlər. http://eservices.tqdk.gov.az/sinaq/)

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanlarının təşkil edilməsi abituriyentlər üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, qəbul imtahanları prosesinə tam uyğun keçirilən sınaq imtahanları abituriyentlərə:

  • proqram materialları üzrə öz bilk səviyyəsini yoxlanmağa imkan verir;
  • testlərlə işləmək vərdişlərini artırır;
  • test imtahanlarının texnologiyası ilə tanış olmalarına imkan verir;
  • ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirir;
  • imtahana psixoloji cəhətdən hazırlaşmalarına kömək edir.

Sınaq imtahanları Azərbaycan və rus bölmələri üzrə ayrı-ayrılıqda aparılır. I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər (Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, Azərbaycan tarixi, coğrafiya və xarici dil) üzrə abituriyentlərin bilikləri qiymətləndirilir.

Sınaq imtahanları keçirildikdən sonra abituriyentlərin imtahan balları elan olunur.

Sınaq imtahanlarının tarixləri

İmtahan Tarix
Magistraturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (online rejimdə) aktivdir
Rezidenturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (online rejimdə)    aktivdir
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları elan ediləcək