Tender elanları

Line Spacing+- AFont Size+- Çap

Dövlət İmtahan Mərkəzi yerli istehsal mebel və inventarların satınalınması üçün kotirovka sorğusu elan edir.

Kotirovka sorğusunda iştirak etmək istəyənlər 7 fevral 2017-ci il saat 17:00-dək tələb olunan malların siyahısını  M.Müşfiq, 1M ünvanından ala bilərlər (əlaqələndirici şəxs: Pərviz Rəcəbov, telefon 012 502 47 58, daxili 139)

İddiaçı kimi iştirak etmək istəyənlərə təklif edilir ki, öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərfdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Kotirovka sorğusunda iştirak etmək üçün yazılı müraciət;

  2. İddiaçının təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

  3. İddiaçının tam adı,  hüquqi statusu, nizamnaməsi,  qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  4. İddiaçının  müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

İddiaçılar sorğuda iştirak etmək üçün sənədləri 13 fevral 2017-ci il saat 17:00-dək  M.Müşfiq, 1M ünvanına təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI