AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Beynəlxalq əlaqələr

Line Spacing+- AFont Size+- Çap
22.08.2013

TQDK sədri Məleykə Abbaszadə və Komissiyanın iki əməkdaşı Tədrisdə Qiymətləndirmə üzrə Beynəlxalq Mütəxəssislər Qrupunda təmsil olunacaqlar

Birləşmiş Millətlər Təşkilatının UNESCO Statistika İnstitutu (USİ) və Brookinqs Universal Təhsil Mərkəzinin (UTM) birgə təşəbbüsü ilə yaradılmış Tədrisdə qiymətləndirmə üzrə beynəlxalq mütəxəssislər qrupunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə də təmsil olunacaqdır.
16.04.2013

TQDK əməkdaşı Tacikistan Respublikasının Milli Test Mərkəzinin dəvəti ilə Tacikistana səfər etmişdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin sektor müdiri Samirə Həsənzadə TQDK və Tacikistan Respublikasının Milli Test Mərkəzi ilə olan razılaşmaya əsasən 2013-cü il aprelin 7-dən 11-dək beynəlxalq məsləhətçi kimi Tacikistan Respublikasına növbəti səfər etmişdir.
13.02.2013

TQDK əməkdaşları Amerika Birləşmiş Ştatlarında keçirilən Test Naşirlərinin Assosiasiyasının Testdə innovasiyalar adlı 13-cü konfransında iştirak etmişlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Nərminə Məmmədova, həmin şöbənin sektor müdiri Samirə Həsənzadə, Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin sektor müdiri Məhəbbət Əkbərli və Yoxlama-ölçmə materialları bazasının yaradılması və ekspertizası şöbəsinin böyük məsləhətçisi Rəhman Mehralıyev 2013cü il fevralın 2dən 6dək ABŞ-ın Fort-Loderdeyl şəhərində keçirilən Test Naşirlərinin Assosiasiyasının 13-cü beynəlxalq konfransında iştirak etmişlər.
20.12.2012

TQDK əməkdaşları Tacikistan Respublikasının Milli Test Mərkəzinin dəvəti ilə Tacikistana səfər etmişlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin Qabiliyyət imtahanları üzrə sektorunun müdiri Samirə Həsənzadə və Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin Humanitar fənlər üzrə monitorinq sektorunun müdiri Cavanşir Orucov 2012-ci il dekabrın 12-dən 15-dək Tacikistan Respublikasının Milli Test Mərkəzinin dəvəti ilə beynəlxalq məsləhətçi kimi Tacikistan Respublikasında səfərdə olmuşlar.
07.12.2012

TQDK əməkdaşları Səudiyyə Ərəbistanının Ali Təhsilin Qiymətləndirməsi üzrə Milli Mərkəzinin dəvəti ilə paytaxt Riyadda keçirilən ölçmə və qiymətləndirmə üzrə ilk beynəlxalq konfransda iştirak etmişlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin Qabiliyyət imtahanları üzrə sektorunun müdiri Samirə Həsənzadə və Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunun aparıcı məsləhətçisi Cavanşir Orucov 2012-ci il dekabrın 2-dən 4-dək Səudiyyə Ərəbistanının Ali Təhsilin Qiymətləndirilməsi üzrə Milli Mərkəzinin dəvəti ilə paytaxt şəhəri Riyadda keçirilən ölçmə və qiymətləndirmə üzrə ilk beynəlxalq konfransda iştirak etmişlər. “Ali təhsil üzrə qəbul meyarları” mövzusunda keçirilən beynəlxalq konfransda dünyanın 30-a yaxın ölkəsindən 100-dən çox nümayəndə iştirak etmişdir.
21.11.2012

Tələbə qəbulu üzrə Dövlət Komissiyasının 20 illiyi ilə əlaqədar beynəlxalq konfrans öz işinə başlayıb

Noyabrın 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaranmasının 20 illiyinə həsr olunmuş “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası-20 il: İnkişaf mərhələləri” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda TQDK rəhbərliyi və kollektivi, ictimai xadimlər, tanınmış ziyalılar, universitet rektorları, pedaqoji ictimaiyyətin nümayəndələri, Türkiyə, Niderland, Rusiya, Qazaxıstan, Tacikistan və s. ölkələrdən olan təhsildə qiymətləndirmə qurumlarının rəhbərləri və nümayəndələri, KİV  təmsilçiləri iştirak etmişlər.  
14.11.2012

TQDK əməkdaşları Berlində keçirilən beynəlxalq konfransda iştirak etmişlər

8-10 noyabr 2012-ci il tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində Təhsildə Qiymətləndirmə Avropa Assosiasiyasının (TQA-Avropa) “Həyat boyu qiymətləndirmə” mövzusunda 13-cü Beynəlxalq elmi-praktik konfransı keçirilmişdir.
03.11.2012

TQDK əməkdaşları Astanada keçirilən beynəlxalq konfransda iştirak etmişlər

30-31 oktyabr 2012-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində “Dərsliklərin işlənməsi, ekspertizası, aprobasiyası, monitorinqi və nəşrinin elmi-metodiki təminat sisteminin təkmilləşdirilməsi” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
10.10.2012

TQDK sədri Məleykə Abbaszadə Kembricdə keçiriləcək beynəlxalq konfransda iştirak edəcəkdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə oktyabrın 10-dan 13-dək İngiltərədə “Examining RISK” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcəkdir.
25.09.2012

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 38-ci konfransı keçirilib

Sentyabrın 16-dan 21-dək Qazaxısatanın paytaxtı Astanada Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA- International Association for Educational Assessment) illik 38-ci konfransı keçirilib.
22.02.2012

TQDK sədri Qazaxıstanda işgüzar səfərdə olmuşdur

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə və Komissiyanın Sektor müdiri Oleq Şelaqinov Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Milli Test Mərkəzinin dəvəti ilə Astana şəhərində fevralın 16-17-də “Şagirdlərin yekun attestasiyası və ali məktəblərə qəbul: təcrübə və inkişaf perspektivləri” mövzusunda keçirilmiş elmi-praktik seminarda iştirak etmişlər.
29.11.2011

TQDK-nın nümayəndə heyəti beynəlxalq konfransda iştirak etmişdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Komissiyanın Sektor müdiri Nigar Hüseynova Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən, UNESKO-nun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutunun (TPBİ) dəstəyi ilə 2011-ci il 24-25 noyabr tarixlərində Bratislava şəhərində “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində təhsildə korrupsiyaya qarşı mübarizə” adı altında keçirilən beynəlxalq konfransda iştirak etmişlər.

TQDK sədri Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirinin səlahiyyətlərini icra edən Şarunya Kubiliute və Vytautas Magnus Universitetinin rektoru Ziqmas Lideka ilə görüşmüşdür

Mayın 8-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirinin səlahiyyətlərini icra edən Şarunya Kubiliuteni və Vytautas Magnus Universitetinin rektoru Ziqmas Lidekanı qəbul etmişdir.