Elmi-metodiki seminarlar

Elmi-metodiki seminarların iş planı

  1. İş planının müzakirəsi və təsdiqi
  2. 2013 -ci ildə ali, orta- ixtisas məktəbləri və hərbi liseylərə qəbul imtahanları proqramlarının müzakirəsi və təkmilləşdirilməsi
  3. 2012-ci ildə ali məktəblərə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili
  4. Qəbul imtahanlarında abituriyentlərin fənlər üzrə cavab verməkdə çətinlik çəkdikiləri bəzi test tapşırıqlarının izahlı həllinə dair metodiki tövsiyələrin hazırlanması
  5. Cari ilin qəbul imtahanları üçün yeni test modelinin hazırlanması və müzakirəsi
  6. Yeni tipli (qapalı və açıq ) test tapşırıqlarının tərtibi texnologiyası ilə bağlı müzakirələrin keçirilməsi
  7. Müasir tələblər baxımından test bankının təkmilləşdirilməsi ilə əlaqədar olaraq yeni test tapşırıqlarının yazılmasının təşkili
  8. Respublikanın orta ümumtəhsil məktəblərində istifadədə olan dərsliklərin müzakirəsi
  9. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün dərs vəsaitlərinin və siniflər üzrə test kitabçalarının təkmilləşdirilməsi üzrə müzakirələr
  10. Orta məktəb dərsliklərində səthi verilmiş və abituriyentlərin qəbul imtahanlarında zəif cavab verdikləri mövzuların müzakirəsi
  11. Xarici ölkələrin testologiya sahəsindəki təcrübələrinin öyrənilməsi ilə bağlı müzakirələrin aparılması

Orta təhsil üzrə elmi-metodiki fənn seminarlarının siyahısı

  1. Azərbaycan dili və ədəbiyyat
  2. Azərbaycan dili ( təlim rus dilində olan məktəblər üçün )
  3. Rus dili (Azərbaycan bölməsində xarici dil kimi)
  4. Rus dili və ədəbiyyat
  5. Riyaziyyat
  6. Fizika
  7. Kimya
  8. Tarix
  9. Biologiya
  10. Coğrafiya
  11. İngilis dili
  12. Alman dili
  13. Fransız dili
  14. Şərq dilləri( ərəb, fars )

Xüsusi qabiliyyət tələb edən ixtisasların istiqamətləri üzrə seminarların siyahısı:

  1. Təsviri sənət
  2. Musiqi sənəti
  3. Memarlıq və dizayn
  4. Teatr, kino və xoreoqrafiya sənətləri
  5. Bədən tərbiyəsi və idman

2013/2014-cü tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elmi-metodiki seminarların iş planı

1. 2012/2013-ci tədris ilində bütün istiqamətlər üzrə ali təhsil müəssisələrinə keçirilmiş qabiliyyət imtahanlarının nəticələrinin təhlili və 2013/2014-cü tədris ilində keçiriləcək qabiliyyət imtahanlarına hazırlığın başlanması haqqında müzakirə.

2. 2012/2013-ci tədris ilində bütün istiqamətlər üzrə tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qabiliyyət imtahanlarının və seçmə turların nəticələrinin təhlili və 2013/2014-cü tədris ilində keçiriləcək qabiliyyət imtahanlarına və seçmə turlara hazırlığın başlanması haqqında müzakirə.

3. Ali təhsil müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Teatr, kino və xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə qabiliyyət imtahanlarının proqramlarının və metodiki tövsiyələrinin təkmilləşdirilməsi haqqında müzakirə.

4. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə qabiliyyət imtahanlarının proqramlarının və metodiki tövsiyələrinin təkmilləşdirilməsi haqqında müzakirə.

5. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Teatr, kino və xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə seçmə turların proqramlarının və metodiki tövsiyələrinin təkmilləşdirilməsi haqqında müzakirə.

6. İstiqamətlər üzrə ali təhsil müəssisələrinə keçirilən qabiliyyət imtahanlarının qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi haqqında müzakirə.

6. İstiqamətlər üzrə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qabiliyyət imtahanlarının qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi haqqında müzakirə.

7. Keçən tədris ilində istiqamətlər üzrə ali təhsil müəssisələrinə keçirilən qabiliyyət imtahanlarında istifadə edilmiş bilet tapşırıqlarının müzakirə edilməsi və cari tədris ili üçün yeni tapşırıqların tərtibi haqqında müzakirələr.

8. Keçən tədris ilində istiqamətlər üzrə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qabiliyyət imtahanlarında istifadə edilmiş bilet tapşırıqlarının müzakirə edilməsi və cari tədris ili üçün yeni tapşırıqların tərtibi haqqında müzakirələr.

9. Keçən tədris ilində istiqamətlər üzrə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən seçmə turda istifadə edilmiş bilet tapşırıqlarının müzakirə edilməsi və cari tədris ili üçün yeni tapşırıqların tərtibi haqqında müzakirələr.

10. Keçən tədris ilində ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən seçmə turların keçirilmə mexanizminin təhlili və bu mexanizmin təkmilləşdirilməsi haqqında müzakirə.

Ali təhsil üzrə elmi-metodiki fənn seminarlarının siyahısı

  1. İnformatika
  2. Xarici dil (ingilis, alman və fransız dilləri )
  3. Psixometriya (Məntiq)

TQDK-nın nəzdində fəaliyyət göstərən elmi-metodiki fənn seminarları və ekspert şuraları

7727
2010 © Bütün hüquqlar qorunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Komissiya ilə əlaqə