Bizim internet layihələrimiz

Mənim məktəbim

Bu sayta bütövlüklə Azərbaycan Respublikasının bütun orta məktəblərinə həsr olunmuşdur. Burada Siz 1995-ci ildən bəri respublikamızın ali məktəblərinə keçirilən qəbul imtahanlarında öz məktəbinizin məzunlarının göstərdiyi nəticələr haqqında ətraflı məlumat ala bilərsiniz. Bu məlumatlarla tanış olunduqdan sonra Siz öz məktəbinizin nəticələrinin respublikanın digər məktəbləri ilə müqayisədə nə dərəcədə yüksək olduğunu, həmçinin hansı fənlər üzrə qızların və hansılarla - oğlanların daha yaxşı nəticələr göstərdiyini görəcəksiniz.

www.mekteb.edu.az

"Poliqlot" elektron lüğətlər sistemi

Bu lüğətlər sisteminə Azərbaycan-İngilis,İngilis-Azərbaycan, Azərbaycan-Rus,
Rus-Azərbaycan lüğətləri və İngilis, Alman, Fransiz dillərindən Azərbaycan dilinə və Azərbaycan dilindən Fransiz dilinə məktəb proqramı çərçivəsində tərcümələr etmək üçün nəzərdə tutulan lüğətlər daxil edilmişdir.

Ümumiyyətlə, "Poliqlot" elektron lüğətlər sistemində 200 minə yaxın söz və ifadə istifadə olunmuşdur. Sistemin proqram təminatı bazası Azərbaycan əlifbasının standartını tam dəstəkləyir və uyğun yaradılmışdır.

Üç dilli (Azərbaycan, Rus və İngilis) istifadəçi interfeysinə malikdir.

“Poliqlot" elektron lüğətlər sisteminə xarici dillərin öyrənilməsini asanlaşdirmaq xüsusi öyrədici oyun proqramları da daxil edilmişdir.

www.polyglot.az

Unicode.az

Bu səhifə latın qrafikalı Azərbaycan əlifbasının Unicode standartının tətbiqi ilə bağlı yaranan problemlərin həllindən bəhs edir. 1991-ci ildə yaranmış Unicode artıq dünya xalqlarının çoxunun əlifbalarını dəstəkləyir. Belə ki, 1999-cu ildə Azərbaycan əlifbasının Unicode-da çatışmayan simvolları ("Ə" - unicode kodu 018F, onluq say sistemində-399 və "ə" - unicode kodu 0259, onluq say sistemində 601) artıq Unicode-da daxil olundu və Unicode Azərbaycan əlifbasını tam dəstəklədi. İndi artıq Unicode bütün platformalarda (əməliyyat sistemlərində) tətbiq edilir.

www.unicode.az
Online sınaq imtahanı
2010 © Bütün hüquqlar qorunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Komissiya ilə əlaqə