Xəbərlər və elanlar
20 iyul 2010

TÜRKİYƏ RESPUBLİKASI GÜLHANƏ HƏRBİ TİBB AKADEMİYASININ ALİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2010/2011-ci tədris ilində Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə 14 nəfərin qəbulu üçün müsabiqə elan olunur.

Müsabiqədə 2010-cu ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 550-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqə əsasında 45 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim olunacaq.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 7 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar. 1-ci kursda onlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər TQDK-ya müraciət etməlidirlər.


← Geriyə

7727
2010 © Bütün hüquqlar qorunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Komissiya ilə əlaqə