|
|
Xəbərlər və elanlar
16.05.2012Buraxılış imtahanlarında təqdim olunacaq yazı işi mövzuları və test tapşırığı nümunələri
TQDK tərəfindən 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili ) və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri hazırlanmışdır.
Bundan başqa, buraxılış imtahanlarında təqdim ediləcək yazı işlərinin mövzuları müəyyənləşdirilmişdir.
16.05.2012Abituriyentlərin nəzərinə!
2012/2013-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu 16 may saat 00:00-da başa çatır.
11.05.2012Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nın təsdiq edilməsi haqqında qərarı.
|
|