Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Magistratura proqramlarına qəbul haqqında məlumat

Son məlumatlar

12.01.2012
«Magistr» xüsusi buraxılışının 2012-ci il 1-ci sayı çap olunmuşdur

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları təsdiq edilmiş

06.12.2011
İnformatika üzrə elmi-metodiki seminar

6 dekabr 2011-ci il tarixində 2012 – 2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı ilə əlaqədar İnformatika üzrə elmi-metodiki seminarın növbəti iclası keçirilmişdir.

09.08.2011
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı

Qəbul olan bakalavrların siyahısı “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.

27.07.2011
ALİ TƏHSİL TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MAGİSTRATURALARININ BOŞ QALAN PLAN YERLƏRİNƏ QƏBUL APARILIR

Azərbaycan Respublikasının ali təhsil müəs¬sisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul 2011-ci il fevralın 20-də və iyunun 26-da keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

26.07.2011
Ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanları ilə bağlı müraciətlərə baxılması üçün Apelyasiya komissiyası işə başlayıb

Vətəndaşların ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbulla bağlı müraciətləri Apelyasiya komissiyası tərəfindən 2011-ci il iyulun 26-dan 28-dək araşdırılacaqdır.

15.07.2011
Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadıldı

2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanlar 18 iyul 2011-ci il saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

13.07.2011
Bakalavrların nəzərinə

2011/2012-ci tədris ilində Bakı Biznes Universitetinin magistratura səviyyəsi üzrə 26-cı proqrama daxil olan ixtisaslaşmalarına qəbul olmuş və qəbul olunacaq bakalavrlar üçün illik təhsil haqqı Universitetin Elmi Şurasının qərarı ilə 2000 manatdan 900 manata endirilmişdir.

29.06.2011
MAGİSTRATURAYA QƏBULUN NƏTİCƏLƏRİ AÇIQLANDI

Qəbul olunanların siyahısı iyunun 30-da “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.


7727
2011 © Bütün hüquqlar qorunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Komissiya ilə əlaqə