Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul

Son məlumatlar

19.01.2012
Tarix fənni üzrə elmi-metodiki seminar

Gündəlik məsələ, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin iyirmi ikinci ildönümünün anılması olmuşdur.

01.12.2011
Tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən Bədən tərbiyəsi və idman istiqamətli ixtisasları üzrə elmi-metodiki seminar

Dekabrın 1-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2012/2013-cü tədris ili üçün tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində, xüsusi qabiliyyət tələb edən Bədən tərbiyəsi və idman istiqamətli ixtisaslar üzrə seminar keçirilmişdir.

18.08.2011
Qəbul imtahanlarında 600 -dən çox bal toplayan gənclərin nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və mükafatlan­dırılması məqsədilə bir sıra tədbirlər keçirməyi nəzərdə tutmuşdur.

12.08.2011
TQDK sədri növbəti həftəlik mətbuat konfransı keçirmişdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2011-ci il avqustun 12-də cari qəbul kampaniyası dövründə sayca 14-cü həftəlik mətbuat konfransı keçirmişdir.

10.08.2011
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 8-ci sayında, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 9-cu sayında dərc olunacaqdır.

10.08.2011
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün ərizələrin qəbulu vaxtı uzadılmışdır

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu üçün nəzərdə tutulmuş son müddət 11 avqust 2011-ci il saat 17:00-dək uzadılmışdır.

05.08.2011
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunmuşdur

Həmin yerlərə ixtisas seçimi avqustun 5-dən 9-dək internet vasitəsilə aparılır.

03.08.2011
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLANLARIN ADLARI AÇIQLANDI

2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqənin nəticələri avqustun 3-də saat 18-30-da TQDK-nın internet saytında yerləşdirilmişdir.

03.08.2011
Abituriyentlərin ixtisas seçimi başa çatdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin avqustun 4-də elan olunması nəzərdə tutulur.

29.07.2011
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslardan bədən tərbiyəsi və idman istiqaməti üzrə müsabiqə şərtlərində dəyişiklik edilib

IV ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən bədən tərbiyəsi və idman istiqaməti üzrə təhsili ödənişli əsaslarla olan ixtisasların müsabiqəsində iştirak etmək üçün tələb olunan minimal bal 75-dən 70-ə endirilib.

Odeme karti
2011 © Bütün hüquqlar qorunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Komissiya ilə əlaqə