Orta ixtisas məktəblərinə (9 illik)

2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasnda tələbə qəbulu elan edir

1. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər iyulun 5-dən avqustun 10-dək internet vasitəsilə elektron ərizələrini doldurur, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən SQK-ya təqdim edərək ərizələrini təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

2. Abituriyentlərin ərizələrinin qəbulu internet vasitəsilə aşağıdakı qaydada aparılır:
Abituriyentlər TQDK-nın İnternet saytının müvafiq səhifəsində (www.tqdk.gov.az/erizeumumiorta2011) soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini (2011-ci il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnamənin seriyasını və nömrəsini daxil edə bilərlər) daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur və onu doldururlar (bax: səh. 10. “Abituriyentin elektron ərizəsi”nin doldurulma qaydası”).

Bundan sonra abituriyentlər tələb olunan sənədlərini aşağıdakı SQK-lara təqdim etməklə ərizələrini təsdiq etdirirlər:

Bakı şəhəri:

Binəqədi rayonu 276 saylı məktəb
(Naxçıvanski küç., 38, tel.: 562-78-65);

Binəqədi rayonu 115 saylı məktəb
(Azadlıq prospekti,183, tel.: 569-04-94);

Binəqədi rayonu 297 saylı məktəb
(Y. Hüseynov küç., 7-ci döngə, tel.: 406-69-84, 406-29-97);

Xətai rayonu 95 saylı məktəb
(Qaçaq Nəbi küç., 13, tel.: 375-18-33, 570-51-06) ;

Xətai rayonu 58 saylı məktəb
(A.Novruzov küç., 31, tel.: 424-82-35, 424-83-56);

Xətai rayonu 249 saylı məktəb
(Gəncə prospekti,14, tel.: 579-37-06, 471-20-60);

Nəsimi rayonu 19 saylı məktəb
(A.Mustafayev küç., 20 tel.: 569-62-71);

Nəsimi rayonu 46 saylı məktəb
(Bülbül prospekti 36, tel.:495-84-82)

Səbail rayonu 190 saylı məktəb
(N. Rəfibəyli küç., 8, tel.: 492-48-74);

Səbail rayonu 51 saylı məktəb
( 20-ci sahə, Ö.F.Nemanzadə, 13, tel.: 581-22-50, 581-51-94);

Sabunçu rayonu 307 saylı məktəb
(Zabrat qəs., Axundov küç., 55, tel.: 550-01-92, 550-01-94);

Sabunçu rayonu 96 saylı məktəb
(Bakıxanov qəs., Sülh küç., 32, tel.:428-31-18, 428-31-01);

Qaradağ rayonu 139 saylı məktəb
(Lökbatan qəs. N.Gəncəvi küç., 1, tel.: 445-21-93);

Xəzər rayonu 136 saylı məktəb
(Binə qəs. H. Hasilov küç.,1, tel.: 456-25-35);

Nizami rayonu 242 saylı məktəb
(Naxçıvanski küç., 26, tel.:376-25-94, 570-52-25);

Nizami rayonu 250 saylı məktəb
(B. Nuriyev küç., 45, tel:374-08-41, 374-62-97);

Nərimanov rayonu 47 saylı məktəb
(Azadlıq prospekti, 139, tel.: 440-93-01, 440-96-25);

Nərimanov rayonu 193 saylı məktəb
(H.X.Məmmədov küç., 11, tel.: 567-99-44, 566-69-02);

Yasamal rayonu 158 saylı məktəb
(A. Abbasov küç.,6, tel.: 432-50-96, 432-64-13);

Yasamal rayonu 20 saylı məktəb
(Parlament prospekti,7, tel.:510-42-49);

Suraxanı rayonu 85 saylı məktəb
(Suraxanı qəs. 5-ci mədən, X. Ələkbərov küç., 18, tel.: 452-14-07);

Suraxanı rayonu 104 saylı məktəb
(Qaraçuxur qəs. C. Qurbanov küç., 3, tel.: 427-60-02).


Digər rayonlar (şəhərlər):
Rayon (Şəhər)Təhsil Şöbəsi

Əcnəbilər, vətəndaşlığı olmayan və təhsilini xaricdə almış şəxslər sənədlərini TQDK-da və ya TQDK-nın regional bölmələrində yaradılmış SQK-ya təqdim etməklə ərizələrini təsdiq etdirirlər:
TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küç., 10, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanı);
TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
TQDK-nın Quba Regional Bölməsi (Quba ş., Fətəlixan küç., 8);
TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52) ;
TQDK-nın Şəki Regional Bölməsi (Şəki ş., M.Ə.Rəsulzadə pr., 182).

3. Abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:
- internet vasitəsilə qeydiyyatdan keçərkən əldə etdiyi iş nömrəsi və şifrini;
- ümumi orta təhsil haqqında şəhadətnamənin əslini (ümumi orta təhsil bazasında təhsilini 2009-cu və ya ondan əvvəlki illərdə başa vurmuş şəxslər bu sənədlə yanaşı təhsil aldıqları müəssisədən attestat almadıqları haqqında arayışı – Forma 6t*);
- təhsil aldıqları müəssisədən ümumi orta təhsil səviyyəsi üzrə şəhadətnamənin nömrəsi göstərilən və fotoşəkli olan arayışı – Forma 7t* (arayışda fotoşəkil təhsil müəssisəsinin möhürü ilə təsdiqlənir);
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) şəxsiyyət vəsiqəsini (2011-ci il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnaməni təqdim edə bilərlər);
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər milli pasportunu və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqəni;
- yeni çəkilmiş hamısı eyni olan 3x4 sm ölçüdə iki ədəd fotoşəkli (ağ fonda, rəngli).

4. Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisasları seçə bilərlər.

5. Xüsusi qabiliyyət tələb edən ixtisaslar ixtisaslar siyahısında ulduz «*» işarəsi ilə qeyd olunmuşdur. Bu ixtisaslar üzrə təhsil almaq istəyən abituriyent ümumi qaydada TQDK-nın internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək iş nömrəsi və şifr əldə etməli, bundan sonra seçmə turda iştirak etmək üçün Seçmə Tura Qeydiyyat Komissiyasında qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmiş abituriyentə seçmə turun keçirildiyi ünvanı, tarixi və vaxtı yazılmış “Seçmə tura buraxılış vərəqəsi” verilir. Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK-lər) tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir (bax səh. 4, “Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə turun keçirilmə qaydaları (ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə)”).
Yoxlamanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyent:
– iyulun 5-dən iyulun 20-dək Seçmə Tura Qeydiyyat Komissiyasında qeydiyyatdan keçməli (Seçmə Tura Qeydiyyat Komissiyaları (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.);
– iyulun 30-dan avqustun 5-dək YQYK-da seçmə turda iştirak etməli;
– seçmə turda iştirak etdikdən sonra avqustun 10-dək müvafiq SQK- da ərizəsini təsdiq etdirməlidir.
Xüsusi qabiliyyət tələb edən ixtisası yalnız seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul” alan abituriyent seçə bilər.
Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

6. Qəbul imtahanları respublikanın müxtəlif şəhərlərində (rayon mərkəzlərində) keçirilir.

7. İmtahanda iştirak etmək üçün SQK-da abituriyentə müəyyən olunmuş tarixdə "İmtahana buraxılış vərəqəsi" və "Abituriyentin vəsiqəsi" verilir. Abituri-yentlər "İmtahana buraxılış vərəqəsi"ni, "Abituriyentin vəsiqəsi"ni və şəxsiyyət vəsiqəsinin əslini (2011-ci il iyulun 1-dək
16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnaməni) mütləq imtahana gətirməlidirlər.

8. Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən test imtahan verirlər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunur.
Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan suallarına cavab verirlər. Rus bölməsinin abituriyentlərinə Azərbaycan dili fənnindən 5, rus dilindən 10 sual təqdim olunur.

9. Abituriyentin ümumi balı hər bir fənn üzrə topladığı nisbi balların cəmi əsasında müəyyənləşir.
Fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır:
NB = ((D-Y/4)/S)*100
NB - fənn üzrə nisbi bal; D - düzgün cavabların sayı;
Y - səhv cavabların sayı; S - fənn üzrə sualların ümumi sayı.
Hesablama 0.001-ə qədər dəqiqliklə aparılır. Hesablamanın nəticəsi mənfi alınarsa, nisbi bal “0.000” kimi qəbul edilir.

10. Müsabiqəyə ümumi balı 10-dan az olmayan abituriyentlər buraxılır.
Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə informasiyadan istifadə edilir.
- ana dili fənni üzrə nisbi balının miqdarı;
- riyaziyyat fənni üzrə nisbi balının miqdarı;
- bütün fənlər üzrə bütövlükdə düzgün
cavablarının sayı;
- ana dili fənni üzrə düzgün cavablarının sayı;
- riyaziyyat fənni üzrə düzgün cavablarının sayı.

11. Qəbul kampaniyası TQDK tərəfindən hazırlanmış normativ sənədlərlə nizamlanır. Abituriyent öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və xüsusi araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təqdimetmə, köçürtmə və ya köçürtməyə şərait yaratma, imtahana mobil telefon, digər rabitə vasitələri, video və foto aparatlar gətirmə, imtahana öz yerinə başqasını gön-dərmə, qaydalara zidd hərəkətlərə və digər saxtakarlığa yolvermə) aşkar edildikdə onun imtahan nəticələri TQDK tərəfindən ləğv edilir.

12. Qəbul olunan abituriyentlərin digər təhsil müəssisəsinə köçürülməsi, təhsil formasının və ya ixtisasının dəyişdirilməsi və təhsil haqqının ödənilməsi ilə bağlı müraciətlərinə baxılmır.

13. Orta ixtisas təhsili müəssisələrinə yerləşdirilmiş bütün abituriyentlər sənədlərini 10 gün müddətində müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir.

Qeyd: ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqı əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmaqla göstərilib.

2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydaları

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulunu mərkəzləşdirilmiş şəkildə test üsulu ilə aşağıdakı qaydalara əsasən həyata keçirir:

1. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq hüququna ümumi orta təhsil bazası üzrə təhsilini başa vurmuş şəxslər malikdirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslarına qəbul oluna bilərlər.
Tam orta təhsil haqqında attestatı olan şəxslər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün sənəd verə bilməzlər.

2. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyent internet vasitəsilə TQDK-nın rəsmi saytında elektron ərizəni doldurur və aşağıdakı sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizəsini təsdiq etdirir:
- internet vasitəsilə qeydiyyatdan keçərkən əldə etdiyi iş nömrəsi və şifrini;
- ümumi orta təhsil haqqında şəhadətnamənin əslini (ümumi orta təhsil bazasında təhsilini 2009-cu və ya ondan əvvəlki illərdə başa vurmuş şəxslər bu sənədlə yanaşı təhsil aldıqları müəssisədən attestat almadıqları haqqında arayışı – Forma 6t);
- təhsil aldıqları müəssisədən ümumi orta təhsil səviyyəsi üzrə şəhadətnamənin nömrəsi göstərilən və fotoşəkli olan arayışı – Forma 7t (arayışda fotoşəkil təhsil müəssisəsinin möhürü ilə təsdiqlənir);
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) şəxsiyyət vəsiqəsini (2011-ci il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnaməni təqdim edə bilərlər);
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər milli pasportunu və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqəni;
- yeni çəkilmiş hamısı eyni olan 3x4 sm ölçüdə iki ədəd fotoşəkli (ağ fonda, rəngli).

3. Abituriyentlər orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilərlər. İxtisasların ardıcıllığı abituriyent tərəfindən müəyyənləşdirilir. Seçilmiş ixtisasların «Abituriyentin elektron ərizəsi» formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi nəzərə alınır və abituriyent topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
4. Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən test imtahanı verirlər.
Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan suallarına cavab verirlər.

5. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyent ümumi qaydada TQDK-nın internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək iş nömrəsi və şifr əldə edir. Bundan sonra abituriyent Seçmə Tura Qeydiyyat Komissiyasında qeydiyyatdan keçib müəyyən olunmuş ünvan, tarix və vaxtda seçmə turda iştirak etməlidir.
Seçmə turda abituriyentin yaradıcılıq qabiliyyəti yoxlanılır və yoxlamanın nəticəsi “məqbul” və ya “qeyri- məqbul”la qiymətləndirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisası yalnız seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul” alan abituriyent seçə bilər.
Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı digər ixtisasları da seçə bilərlər.

6. Seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin topladığı bal TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

7. Qəbul imtahanlarının nəticələri imtahandan sonra on gün müddətində elan edilir. Təhsil formasından asılı olmayaraq hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituri-yentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir.

8. Boş qalan plan yerlərinə əlavə müsabiqə aparıla bilər.

9. Bir təhsil müəssisəsindən digərinə keçmək, təhsil formasını və ya ixtisası dəyişdirmək və təhsil haqqını ödəməklə bağlı müraciətlərə baxılmır.

10. Qəbul kampaniyası TQDK tərəfindən hazırlanmış normativ sənədlərlə nizamlanır. Abitu-riyent öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və xüsusi araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təqdimetmə, köçürtmə və ya köçürtməyə şərait yaratma, imtahana mobil telefon, digər rabitə vasitələri, video və foto aparatlar gətirmə, imtahana öz yerinə başqasını göndərmə, qaydalara zidd hərəkətlərə və digər saxtakarlığa yolvermə) aşkar edil-dikdə onun imtahan nəticələri TQDK tərəfindən ləğv edilir.

TQDK-nın nəşrlərinin elektron satışı sistemi
2011 © Bütün hüquqlar qorunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Komissiya ilə əlaqə