SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab olunur.
2014-cü ilin sonunda ABŞ-ın ETS (Educational Testing Service - Təhsil Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə “College Board”- Ali təhsilə qəbul Şurası tərəfindən hazırlanan SAT imtahanlarının keçirilməsi üçün DİM-in (keçmiş TQDK) test mərkəzi kimi fəaliyyət göstərməsi barədə razılıq əldə edilmişdir. Bu razılaşmaya əsasən Dövlət İmtahan Mərkəzi (SEC) SAT-nin məlumat sistemində SEC 60129 kod nömrəsi ilə qeydiyyata alınmışdır. SAT imtahanını DİM test mərkəzində vermək istəyən şəxslər qeydiyyat zamanı bu kod vasitəsilə DİM test mərkəzinin axtarışını verə bilərlər. SAT nəticəsini DİM-ə təqdim etmək istəyən şəxslər (hal-hazırda yalnız ADA Universitetinə qəbul üçün nəzərdə tutulur) “College Board”-un SAT ballarını qəbul etmə sistemində DİM-in bal qəbul etmə kodunu 7876 kimi qeyd etməlidirlər.
Qeyd edək ki, DİM bu prosesdə yalnız imtahan mərkəzi kimi iştirak edir, sualların məzmunu və ya cavabların emal edilməsi ilə bağlı olan məsələlər DİM-in səlahiyyətinə daxil deyil.
SAT imtahanları
Ümumi məlumat
SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir.
Ətraflı
Xəbərlər
10.03.2018
SAT
Dövlət İmtahan Mərkəzində martın 10-da növbəti SAT imtahanları (2 fərqli SAT imtahanı: SAT, SAT Essay) keçirilib.
09.03.2018
SAT
Martın 10-da Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcəkdir
07.10.2017
SAT
Dövlət İmtahan Mərkəzində oktyabrın 7-də növbəti SAT imtahanları (SAT, SAT Subject and SAT with Essay ) keçirilib.
Qeydiyyat
İmtahanlara qeydiyyat aşağıdakı qaydada aparılır:
- İmtahanlara qeydiyyatdan keçmək üçün “College Board”-un internet səhifəsində şəxsi hesab açmaq:
- “College Board” təşkilatının internet səhifəsində şəxsi hesab yaratmaq üçün linki (https://sat.collegeboard.org/register) açıb, “Register” bölməsinə keçdikdən sonra “Sign up” bölməsinə daxil olmaq və tələb olunan xanaları doldurmaqla təsdiq etmək; - şəxsi hesab yaratdıqdan sonra, “My organizer” vasitəsilə "SAT Registration" bölməsinə daxil olmaq;
- “Register” bölməsinə bir daha daxil olub, şəxsi məlumatlarınızı təhlükəsizlik məqsədi ilə yenidən daxil etmək;
- imtahana qeydiyyat üçün tələb olunan suallara cavab vermək (Qeydiyyat zamanı təhsil aldığınız orta məktəb haqqında məlumatı qeyd etməli olduğunuz xanada təqdim olunan "Find my school" funksiyasını aktivləşdirin və açılan yeni pəncərədən "Outside the United States" seçimini edib, ölkə xanasında Azərbaycan adını seçin və axtarışı başlayın. Çıxan siyahıda məktəbin adı olmasa, "Can't find your high school?" funksiyasına müraciət edin və açılan yeni pəncərədəki seçimdən, “My School is not listed” seçmək lazımdır).
- Elektron faylda fotoşəkil (tələbləri ilə bağlı ətraflı məlumat linkdə: https://sat.collegeboard.org/register/photo-requirements);
- Plastik ödəniş kartı (SAT imtahanının esse ilə ödənişi - 92.50 ABŞ dolları, esse daxil olmadan ödənişi isə 81.00 ABŞ dollarıdır. İmtahan rüsumlarının ətraflı bölgüsü linkdə: https://sat.collegeboard.org/register/intl-services-fees ).
İmtahana daxil olmaq üçün yaş məhdudiyyəti nəzərdə tutulmayıb. SAT imtahanına daxil olmadan öncə imtahanı vermək istəyənlərin ciddi hazırlaşmaları və sınaq testlərində özlərini yoxlamaları tövsiyə olunur (“College Board" təşkilatı tərəfindən dəstəklənən SAT imtahanının sınaq və hazırlığı üçün vəsait müvafiq olaraq linklərdə: https://collegereadiness.collegeboard.org/sample-questions və https://www.khanacademy.org/sat)
SAT imtahanının nəticələri bir qayda olaraq (istisnalar olmaq şərtilə) imtahan günündən 20 gün sonra imtahan verənlərin “College Board”-un internet səhifəsindəki şəxsi hesabında açıqlanır.
İmtahan vaxtının bölgüsü və müddəti:
- Oxuma testi - 65 dəq.
- 10 dəq. fasilə
- Yazı və dil üzrə test - 35 dəq.
- Riyaziyyat testi (kalkulyator olmadan) - 25 dəq.
- 5 dəq. fasilə
- Riyaziyyat testi (kalkulyator olmaqla) - 55 dəq.
- 2 dəq. fasilə
- Seçim - Esse - 50 dəq.
DİM-in test mərkəzi Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M (xəritəyə keçid) ünvanında olan inzibati binasında yerləşir.
2017-ci və 2018-ci illərdə SAT imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:
- 07.10.2017
- 02.12.2017
- 10.03.2018
- 05.05.2018
ADA Universitetinə qəbul
“ADA” Universitetinin bakalavriat səviyyəsinə qəbul iki yolla aparılır:- DİM-in keçirdiyi qəbul imtahanlarının nəticələri vasitəsilə;
- Beynəlxalq SAT imtahanı nəticəsi vasitəsilə.
- ərizə qəbulu müddətində (aprel ayının 10-dək) “Abituriyentin elektron ərizəsi”ni ümumi qaydada təsdiq etdikdən sonra ərizənin surətini və SAT imtahanı balı haqqında məlumatı iyun ayının 15-ə qədər DİM-ə təqdim etmək;
- SAT imtahanı nəticələrini elektron şəkildə College Board saytında (https://www.collegeboard.org) Dövlət İmtahan Mərkəzinə (kod 7876) və “ADA” Universitetinə (kod 7799) göndərmək;
- “ADA” Universitetinin elektron ərizə formasını doldurmaq. Elektron ərizə forması üçün keçid: www.ada.edu.az/apply;
- IELTS və ya TOEFL imtahanının nəticəsini "ADA"-nın elektron ərizə formasına yükləmək (nəticələrin göndərilməsi üçün kod 2093). Qəbul üçün minimum bal tələbi qoyulmur;
- Azərbaycanda yerləşən ümumtəhsil məktəblərinin rus, ingilis və ya gürcü bölmələrini cari ildə bitirən, eləcə də ümumtəhsil məktəbini əvvəlki illərdə və ya xaricdə bitirən abituriyentlər “Azərbaycan dili” fənni üzrə qəbul imtahanında iştirak edərək “məqbul” qiyməti almalıdırlar. Bunun üçün onlar aprelin 10-dək dim.gov.az saytında “Abituriyentin elektron ərizəsi” formasını doldurarkən "test imtahanı verəcəyi dil" bölməsində rus dilini seçməlidirlər. “Azərbaycan dili” fənni üzrə keçiriləcək imtahanın tarixləri DİM-in saytında yerləşdirilmişdir (http://dim.gov.az/news/events/2030/). 2016-cı ildə Azərbaycan dili fənni üzrə imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar. Azərbaycanda yerləşən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsini cari ildə bitirən abituriyentlər isə buraxılış imtahanında iştirak edərək Azərbaycan dili fənni üzrə minimal 15 bal toplamalıdırlar;
- “ADA” Universitetinin pedaqoji heyətindən ibarət komissiya tərəfindən keçiriləcək müsahibədə iştirak etmək. Müsahibə iyun ayında sənəd qəbulu prosesi bitdikdən sonra keçiriləcəkdir.
Təqvim
FAQ