• Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • Direktorlar Şurası
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • Direktorlar Şurası
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • Direktorlar Şurası
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Azerbaijani version
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Baş səhifə
      • Activities
      • Qəbul və imtahanlar
      • Magistratura

      Magistratura

      • Qəbul və imtahanlar
      • Dövlət qulluğu
      • Tədqiqat
      • Digər fəaliyyət
      Sizi maraqlandıran suala cavab öz əksini tapmayıb? 
      Təqdim olunan formanı dolduraraq öz sualınızı göndərə bilərsiniz
      Sual ver
      Magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir. 
      Ətraflı
      Описание

      Hər il magistratura səviyyəsinə qəbul imtahanlarına hazırlıq məqsədi ilə ali təhsil müəssisələrinin ixtisaslaşmalarının tədris planları təhlil olunur və onların klasterləşdirilməsi aparılır. Müəyyən edilmiş hər bir ixtisaslaşma istiqaməti üzrə qəbul proqramları hazırlanır, test tapşırıqları tərtib edilir və qapalı şəraitdə onların ekspertizası keçirilir. Qəbul proqramları “Magistr” jurnalında çap edilərək bakalavrların istifadəsinə verilir. İmtahanların məzmununu təşkil edən bütün bu materialları DİM-in mütəxəssislərinin təşkilatçılığı ilə respublikanın ali təhsil müəssisələrinin müvafiq ixtisas kafedralarının professor-müəllim heyəti hazırlayır.

      Magistraturaya qəbul aparılan ixtisaslaşmalar 70 proqram üzrə qruplaşdırılıb. Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları” ilə tənzimlənir. Qaydalara əsasən, magistratura səviyyəsinə qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər malikdirlər.

      Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyələri test üsulu ilə yoxlanılır, nəticələri DİM-in müəyyən etdiyi tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar. Bu mərhələdə isə onların ixtisas üzrə bilikləri yoxlanılır. Birinci mərhələdə bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir blok üzrə son 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının cavablandırılmasına 2.5 saat vaxt ayrılır. Bakalavrların hər düzgün cavabı bir balla qiymətləndirilir.

      İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılır. Hər bir proqram üzrə son 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. Bununla bərabər, müəyyən proqramları seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarını cavablandırmaq əvəzinə yazılı imtahan verirlər

      Müsabiqəyə qəbul imtahanından iki mərhələ üzrə topladıqları ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas üzrə balı da DİM tərəfindən müəyyən olunan şərtləri ödəyən bakalavrlar buraxılırlar.

      Bakalavrlar müəyyən olunmuş tarixdə seçdikləri ixtisaslaşmaları istədikləri ardıcıllıqla öz elektron ərizə formasına daxil edib, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiklərini qeyd edib və təsdiqləyirlər.

      Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qə­bul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

      • Xəbərlər
      • Faydalı
      • E-xidmətlər
      • Sənədlər
      • Təqvim
      • FAQ
      Xəbərlər
      Magistratura səviyyəsinə qəbul imtahanı ilə bağlı elmi-metodik seminarlar keçirilmişdir
      20.11.2019 Magistratura
      Magistratura səviyyəsinə qəbul imtahanı ilə bağlı elmi-metodik seminarlar keçirilmişdir

      Seminar iclaslarında bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanına daxil olan fənlər üzrə qəbul proqramlarının layihələri müzakirə edilmişdir


      15.08.2019 Magistratura
      Magistraturanın boş qalan yerlərinə qəbul olunan bakalavrların nəzərinə!

      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb


      31.07.2019 Magistratura
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub

      Müsabiqə nəticəsində 456 nəfər magistraturaya qəbul olub


      30.07.2019 Magistratura
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi başa çatır

      Boş qalan  yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub


      23.07.2019 Magistratura
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul elan edilir

      Boş qalan  yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub


      Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 6-cı nömrəsini nəşr etmişdir
      22.07.2019 Magistratura
      Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 6-cı nömrəsini nəşr etmişdir

      Bakalavrların nəzərinə çatdırırıq ki, jurnalın bu nömrəsi, həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda – Azərbaycan dilində dərc edilmişdir


      27.06.2019 Magistratura
      Magistraturaya qəbul olunan bakalavrların nəzərinə!

      Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başlayır


      “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilmişdir
      24.06.2019 Magistratura
      “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilmişdir

      2019-cu il 20 iyun tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşları Elnur Abbasov və Xədicə Əzimova tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilmişdir


      19.06.2019 Magistratura
      Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

      Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar  2019-cu il iyunun 27-dən  iyulun 10-dək tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər


      18.06.2019 Magistratura
      Magistraturaya qəbul olmaq istəyən bakalavrların nəzərinə!

      2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi bu gün saat 23.59-da başa catacaq

      Faydalı
      Müsabiqə şərtləri

      13.12.2018 Baxılıb: 5841
      Magistraturaya qəbul proqramlarının siyahısı

      30.11.2018 Baxılıb: 3572
      E-xidmətlər
      Bakalavrın elektron ərizəsi
      Magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların ərizələrinin onlayn qəbulu
      https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=2
      Magistraturaya qəbul imtahanının nəticələri (I mərhələ)
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə imtahanın nəticələri
      https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=16
      Magistraturaya qəbul imtahanının nəticələri (II mərhələ)
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi üzrə imtahanın nəticələri
      https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=15
      Müsabiqənin nəticələri
      Magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrinin internet vasitəsilə verilməsi
      https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=14
      Müsabiqənin nəticələri (boş qalan yerlər)
      Magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrinin internet vasitəsilə verilməsi 
      https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=41
      Sınaq imtahanının nəticələri
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanının nəticələri
      https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=78
      Proqram seçimi
      Magistratura səviyyəsinə qəbul üçün "Bakalavrın elektron ərizəsi"ndə qəbul proqramının seçimi və təsdiqi"
      https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=49
      Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi (boş qalan yerlər)
      Magistraturaların boş qalan yerlərinə qəbul olmaq istəyən bakalavrların elektron ixtisaslaşma seçimi ərizələrinin onlayn qəbulu
      https://www.e-gov.az/az/services/read/3149/0?tqdk_xdm=61

      Sənədlər
      Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları

      08.02.2017 AR Nazirlər Kabinetinin qərarları 62.6 Кб Baxılıb: 5366
      Təqvim
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına sınaq imtahanına qeydiyat
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına sınaq imtahanına qeydiyat

      Keçirilib Başlanğıc tarixi:  18.01.2018 Bitmə tarixi:  31.01.2018 Qeydiyyat Magistratura
      Magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların ərizələrinin onlayn qəbulu
      Magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların ərizələrinin onlayn qəbulu

      Keçirilib Başlanğıc tarixi:  02.02.2018 Bitmə tarixi:  12.02.2018 Ərizə qəbulu Magistratura
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına sınaq imtahanı
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına sınaq imtahanı

      Keçirilib Başlanğıc tarixi:  04.02.2018 Sınaq imtahanı Magistratura
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına elektron sınaq imtahanına qeydiyat
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına elektron sınaq imtahanına qeydiyat

      Keçirilib Başlanğıc tarixi:  07.02.2018 Bitmə tarixi:  17.02.2018 Qeydiyyat Magistratura
      İmtahana buraxılış vərəqəsinin çap edilməsi (I mərhələ)
      İmtahana buraxılış vərəqəsinin çap edilməsi (I mərhələ)

      Keçirilib Başlanğıc tarixi:  16.02.2018 Bitmə tarixi:  24.02.2018 Buraxılış vərəqəsinin çap edilməsi Magistratura
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına elektron sınaq imtahanı
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına elektron sınaq imtahanı

      Keçirilib Başlanğıc tarixi:  17.02.2018 İmtahan Magistratura
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına QƏBUL İMTAHANI – 1-ci mərhələ
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına QƏBUL İMTAHANI – 1-ci mərhələ

      Keçirilib Başlanğıc tarixi:  25.02.2018 İmtahan Magistratura
      Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı
      Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı

      Keçirilib Başlanğıc tarixi:  20.04.2018 Bitmə tarixi:  30.04.2018 Qeydiyyat Magistratura
      Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı
      Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı

      Keçirilib Başlanğıc tarixi:  07.05.2018 İmtahan Qabiliyyət imtahanları
      Proqram seçimi
      Proqram seçimi

      Keçirilib Başlanğıc tarixi:  07.05.2018 Bitmə tarixi:  17.05.2018 Proqram seçimi Magistratura
      İmtahana buraxılış vərəqəsinin çap edilməsi (II mərhələ)
      İmtahana buraxılış vərəqəsinin çap edilməsi (II mərhələ)

      Keçirilib Başlanğıc tarixi:  25.05.2018 Bitmə tarixi:  02.06.2018 Buraxılış vərəqəsinin çap edilməsi Magistratura
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına QƏBUL İMTAHANI – 2-ci mərhələ
      Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına QƏBUL İMTAHANI – 2-ci mərhələ

      Keçirilib Başlanğıc tarixi:  03.06.2018 İmtahan Magistratura
      68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı
      68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı

      Keçirilib Başlanğıc tarixi:  06.06.2018 Bitmə tarixi:  08.06.2018 İmtahan Qabiliyyət imtahanları
      AMEA magistraturasına qəbul olmaq üçün qeydiyyat
      AMEA magistraturasına qəbul olmaq üçün qeydiyyat

      Keçirilib Başlanğıc tarixi:  07.06.2018 Bitmə tarixi:  10.06.2018 Qeydiyyat Magistratura
      İxtisaslaşma  seçimi
      İxtisaslaşma seçimi

      Keçirilib Başlanğıc tarixi:  08.06.2018 Bitmə tarixi:  20.06.2018 İxtisas seçimi Magistratura
      AMEA magistraturasına qəbul olmaq üçün müsahibə
      AMEA magistraturasına qəbul olmaq üçün müsahibə

      Keçirilib Başlanğıc tarixi:  12.06.2018 Bitmə tarixi:  14.06.2018 Magistratura
      Bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı
      Bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

      Keçirilib Başlanğıc tarixi:  28.06.2018 Bitmə tarixi:  11.07.2018 Qeydiyyat Magistratura
      Boş qalan yerlərə ixtisas seçimi
      Boş qalan yerlərə ixtisas seçimi

      Keçirilib Başlanğıc tarixi:  07.08.2018 Bitmə tarixi:  13.08.2018 İxtisas seçimi Magistratura
      Boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı
      Boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

      Keçirilib Başlanğıc tarixi:  16.08.2018 Bitmə tarixi:  24.08.2018 Qeydiyyat Magistratura
      Magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların ərizələrinin onlayn qəbulu
      Magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların ərizələrinin onlayn qəbulu

      Keçirilib Başlanğıc tarixi:  01.02.2019 Bitmə tarixi:  11.02.2019 Qeydiyyat Magistratura
      FAQ
      Mən bakalavr təhsilimi bədən tərbiyəsi və idman ixtisası üzrə almışam. Ancaq bir neçə ildir ki, idman sahəsində jurnalistlik fəaliyyəti ilə məşğulam. Mən jurnalistika sahəsində magistr təhsili ala bilərəmmi?
      Jurnalistika istiqamətinə daxil olan ixtisaslaşmaları ixtisasından asılı olmayaraq bütün bakalavrlar seçə bilərlər. Bundan başqa, Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”nda etdiyi dəyişikliyə əsasən, humanitar və sosial ixtisaslar qrupuna “İdman jurnalistikası” ixtisaslaşması da əlavə edilmişdir. Əgər respublikamızın hansısa ali təhsil müəssisəsində bu ixtisaslaşma üzrə magistr hazırlığı aparılarsa, idman sahəsində jurnalistlik fəaliyyəti ilə məşğul olmaq istəyənlər həmin ixtisaslaşmanı da seçə bilərlər.

      Magistraturaya qəbul imtahanının birinci mərhələsində humanitar və sosial ixtisaslar qrupu üçün müəyyən edilmiş minimum müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə buraxılan və jurnalistika üzrə magistr ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar DİM tərəfindən elan olunacaq vaxtda qeydiyyatdan keçməli və şifahi qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanına gələrkən bakalavrlar dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət İmtahanı Komissiyasına təqdim etməlidirlər. Bu imtahandan “məqbul” qiymət alan bakalavrlar imtahanın ikinci mərhələsində jurnalistika üzrə 44 saylı proqramı seçə bilərlər.

      Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına, o cümlədən, idman jurnalistikası ixtisaslaşmasına qəbul olmaq istəyən, nəticələri qəbul imtahanının birinci mərhələsi üzrə DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini, həmçinin TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) imtahanı üzrə tələbləri ödəyən bakalavrlar isə qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.
      Mən Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsiyəm, ingilis filologiyası ixtisası üzrə rus bölməsində təhsil alıram. Birinci mərhələdə xarici dil kimi rus dilini seçə bilərəmmi?
      Qəbul qaydalarına görə, rus bölməsini bitirib ingilis filologiyası ixtisaslaşmasını seçənlər birinci mərhələdə xarici dil kimi yalnız alman və ya fransız dillərini seçə bilərlər. Əgər Siz Azərbaycan bölməsində təhsil almaq istəsəniz, imtahanı Azərbaycan dilində verməklə rus dilini xarici dil kimi seçə bilərsiniz.
      Elektron ərizəni doldurarkən imtahan verəcəyim dili rus dili olaraq qeyd etmək istəyirəm. Ancaq plan yerləri elan olunan zaman müraciət edib imtahanın ikinci mərhələsini Azərbaycan dilində verə bilərəmmi?
      Bakalavrlara imtahan verəcəkləri dili seçmək hüququ yalnız imtahanın birinci mərhələsindən əvvəl elektron ərizə doldurularkən verilir. İmtahanın hər iki mərhələsi də həmin dildə verilməlidir.    
      Bakalavr təhsilimi üç il əvvəl bitirmişəm və hal-hazırda özəl bir şirkətdə işləyirəm. Mənim işləyə-işləyə magistratura səviyyəsində təhsil almaq üçün ərizə qəbulunda iştirakıma və magistr təhsili almağıma məhdudiyyət varmı?
      Əmək fəaliyyəti ilə məşğul olan bakalavrların magistraturaya ərizə verməsinə və imtahanda iştirak edib magistraturaya qəbul olmasına DİM tərəfindən hər hansı bir maneə yoxdur. Ancaq magistraturauya qəbul olduqdan sonra qeyd etdiyiniz məsələ DİM tərəfindən deyil, Sizi işə götürən qurumla təhsil alacağınız ali təhsil müəssisəsi tərəfindən əmək qanunvericiliyi və digər normativ-hüquqi aktlara görə tənzimlənməlidir.    
      Mən iki dəfə magistr təhsili almışam. Üçüncü dəfə magistr təhsili almağım üçün hər hansı bir maneə varmı? Bundan başqa, təhsilin bu səviyyəsinə qəbul zamanı hər hansı yaş məhdudiyyəti tətbiq olunurmu?
      Qəbul qaydalarına əsasən, magistratura səviyyəsinə qəbul olmaq istəyən şəxslər üçün yaş məhdudiyyəti müəyyən edilməmişdir. O cümlədən, bir şəxsin neçə dəfə magistr təhsili almasına da məhdudiyyət tətbiq olunmur. Məhdudiyyət yalnız dövlət sifarişi əsasında ödənişsiz təhsil almaq hüququ ilə bağlıdır. Vətəndaşlar təhsil səviyyələrinin hər birində dövlət sifarişi əsasında təhsil almaq hüququndan yalnız bir dəfə istifadə edə bilərlər.
      AMEA-nın magistratura ixtisaslaşmalarını seçmək üçün müsahibədən “qeyri-məqbul” qiymət alan bakalavr digər ali təhsil müəssisələrində eyni ixtisaslaşmalardan birinə qəbul ola bilərmi?
      Magistratura səviyyəsinə qəbul prosesində AMEA-nın müxtəlif ixtisaslaşmalarına qəbul üçün keçirilən müsahibənin nəticələri ancaq həmin elmi təşkilata qəbul zamanı nəzərə alınır. Həmin müsahibədən “məqbul” və ya “qeyri məqbul” qiymət alan bakalavrların digər ali təhsil müəssisələrindən ixtisaslaşma seçmələrinə hər hansı məhdudiyyət tətbiq edilmir.
      Magistratura səviyyəsinə qəbul zamanı DİM ixtisaslaşma seçimi ilə əlaqədar bakalavrlar üçün hər hansı metodiki vəsait hazırlayırmı?
      İxtisaslaşma seçiminə yalnız bakalavrların özləri məsuliyyət daşıdığından DİM bakalavrlar üçün tövsiyə xarakterli hər hansı vəsait hazırlamır. Bununla belə, bakalavrlar “Magistr” jurnalının 2016 cı il tarixli 5-ci sayından 2016-2017-ci tədris ili üçün formalaşmış keçid balları haqqında məlumatı əldə edə bilərlər. Həmin jurnalın elektron versiyasını isə aşağıdakı linkdən istifadə etməklə əldə edə bilərsiniz: http://eservices.dim.gov.az/ejurnal/. 
      Mən musiqişünaslıq üzrə bakalavr təhsili almışam və ixtisasıma uyğun bir neçə beynəlxalq müsabiqədə mükafata layiq yerlər tutmuşam. Magistratura səviyyəsinə qəbul zamanı mənə hər hansı güzəşt tətbiq oluna bilərmi?
      Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarına əsasən, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı müəyyən edilmişdir. Əgər bu qərarda əks olunan beynəlxalq müsabiqələrin birində mükafata layiq yer tutmusunuzsa, Siz də bu hüquqdan istifadə edə bilərsiniz.    
      İmtahanın hər iki mərhələsindən kifayət qədər bal topla-dığım halda müsabiqədən keçməsəm, bakalavr ixtisasıma yaxın olan digər proqramlar üzrə boş qalan yerlərin müsabiqəsində iştirak edə bilərəmmi?
      Bakalavrlar yalnız imtahan verdikləri proqram üzrə boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər.
      Əgər bir dövlət ali təhsil müəssisəsində MBA proqramına aid ixtisaslaşmalardan birinə daxil olsam, məcburi köçkün olduğuma görə təhsil haqqından azad oluna bilərəmmi?
      MBA proqramı da daxil olmaqla ödənişli yerlərə qəbul olan məcburi köçkünlər və ya onlara bərabər tutulan şəxslər təhsil haqqının ödənilməsi ilə bağlı məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməklə öyrənə bilərlər.    
      Ali təhsil müəssisəsinin 4-cü kurs tələbəsiyəm. Bir neçə fəndən kəsirim var. İmtahanın birinci mərhələsində iştirak edə bilərəmmi?
      Ali təhsil müəssisələrinin sonuncu kursunda təhsil alanlar bütün hallarda sənədlərini təqdim edib imtahanın birinci mərhələsində iştirak edə bilərlər. Ancaq hər iki mərhələnin müsabiqə şərtini ödəyərək müsabiqədən keçən bakalavlar qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçənə qədər akademik borclarını ləğv etməlidirlər. Əks halda, həmin bakalavrlar qeydiyyatdan keçə bilməyəcəklər. Bu isə onların yerləşdirildikləri ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və boş qalmış həmin yerlər üçün yenidən müsabiqə elan edilir.    
      Bu il magistraturaya qəbul olunan oğlanlara hərbi xidmətdən möhlət hüququ veriləcəkmi?
      “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa edilmiş dəyişikliyə əsasən, magistraturada əyani təhsil alanlara təhsillərini bitirənədək hərbi xidmətdən möhlət hüququ verilir. Hal-hazırda magistratura səviyyəsinə yalnız əyani təhsilalma forması üzrə qəbul aparılır.    
      Mən Bakı şəhərində daimi qeydiyyatdayam. Ancaq bakalavr təhsilimi Gəncə Dövlət Universitetində alıram. Bilmək istərdim ki, magistraturaya qəbul imtahanında imtahan verəcəyim şəhər nəyə əsasən müəyyən ediləcək?
      Qəbul imtahanının birinci mərhələsi Bakı, Gəncə, Mingəçevir, Lənkəran və Naxçıvan şəhərlərində, ikinci mərhələsi isə Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcəkdir. Bakalavrın imtahan verəcəyi şəhərin seçimi onun faktiki yaşadığı ünvana, əgər elektron ərizədə faktiki yaşadığı ünvan göstərilməyibsə, qeydiyyatda olduğu ünvana görə müəyyən edilir. Odur ki, faktiki yaşadığı ünvanı qeydiyyatda olduğu ünvandan fərqli olan bakalavrlar elektron ərizələrində faktiki yaşadıqları ünvanı mütləq göstərməlidirlər.
      Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili almışam. Magistr təhsilimi iqtisadiyyat sahəsində ingilis dilində almaq istəyirəm. Bu, mümkündürmü? Bunun üçün hansı tələblər qoyulur?
      Tədrisi ingilis dilində olan iqtisadiyyatyönümlü ixtisaslaşmalar üzrə plan yerləri həm 26 saylı, həm də 56 saylı proqram daxilində təqdim oluna bilər. Bu haqda dəqiq məlumatı plan yerləri DİM-ə daxil olduqdan sonra öyrənə bilərsiniz. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar imtahanın birinci mərhələsində xarici dil kimi mütləq ingilis dilini seçməlidirlər. Bakalavrlar bu ixtisaslaşmalar üzrə ödənişli yerlərin müsabiqəsində iştirak etmək üçün imtahanın birinci mərhələsində xarici dildən ən azı 15, dövlət sifarişli yerlərin müsabiqəsində iştirak etmək üçün isə 20 bal toplamalıdırlar.      
      Magistratura səviyyəsinə qəbul imtahanında açıq for-malı test tapşırıqlarından heç birinə cavab verməyən bakalavrlar ikinci mərhələyə və ixtisaslaşma seçiminə buraxılırlarmı?
      Qəbul imtahanının hər iki mərhələsində ayrı-ayrılıqda qapalı və açıq formalı test tapşırıqlarına verilən düzgün cavabların sayına görə hər hansı bal məhdudiyyəti tətbiq olunmur. Bal məhdudiyyəti birinci mərhələdə hər bir fənn üzrə ayrılıqda və ümumilikdə birinci mərhələ üzrə toplanılan bala, ikinci mərhələdə isə buradakı fənlərin sayından asılı olmayaraq bütün test blokuna tətbiq olunur.    
      Mən iki fərqli sahə üzrə bakalavr təhsili almışam. Bilmək istərdim ki, magistratura səviyyəsinə qəbul imtahanında bu diplomların hər birindən istifadə edə bilərəmmi?
      Elektron ərizə doldurarkən qeyd etdiyiniz diplomlarınızın yalnız birindən istifadə edə bilərsiniz. Magistr ixtisaslaşmalarının seçimi zamanı həmin ixtisas¬laş¬maların bakalavr ixtisasına uyğunluğu əsas götürüldüyündən Siz də hansı sahədə magistr təhsili alacaqsınızsa, elektron ərizənizi doldurarkən həmin sahəyə aid diplomunuzdakı məlumatları daxil etməlisiniz.    
      “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda müsabiqədə iştirakın ödənişli olması qeyd olunub. Həmin ödənişin məbləği nə qədər müəyyənləşdirilib?

      Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2017-ci il 6 mart tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nə əsasən, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanın I mərhələsində iştirak etmək üçün 50 manat, II mərhələsində iştirak etmək üçün 60 manat, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üzrə qabiliyyət imtahanında iştirak etmək üçün isə 30 manat məbləğində (ƏDV-siz) ödəniş müəyyənləşdirilmişdir. 


      Paylaş
      Geriyə
      Mərkəz
      Ümumi məlumat
      Direktorlar Şurası
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Fəaliyyət
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      Mətbuat
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      Sənədlər
      Təqvim
      Onlayn müraciət
      Elektron xidmətlər
      Sual - cavab
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1138,  Mikayıl Müşfiq küçəsi, 1M
      © 2019 Dövlət İmtahan Mərkəzi
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube