
Ali məktəblərinin magistratura pilləsinə tələbə qəbulu
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinin magistratura pilləsinə tələbə qəbulu elan edir
1. Azərbaycan Respublikasının dövlət və qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş qeyri-dövlət ali məktəblərinin magistratura pilləsinə qəbul olunmaq hüququna əsas ali peşə təhsili proqramı üzrə təhsilini başa vurmuş və ali təhsil haqqında diplomu olan şəxslər (bundan sonra bakalavrlar) malikdirlər.
2. Sənədlərin qəbulu internet vasitəsi ilə aşağıdakı qaydada aparılır:
Bakalavr şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın mü¬va¬fiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olur və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur.
Bundan sonra bakalavr bitirdiyi ali məktəbdə TQDK tərəfindən yara¬dılmış müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK-ya) tələb olunan sənədləri təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirir.
Nəzdində SQK fəaliyyət göstərməyən ali məktəblərin məzunları elektron ərizələrini digər ali məktəblərdə yaradılmış SQK-lardan birində təsdiq etdirirlər.
Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.
Ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq istəyən xarici dövlətlərin vətəndaşları TQDK-da yaradılmış SQK-da “Bakalavrın elektron ərizəsi” formasını doldurmalı və təsdiq etdirməlidirlər.
2.1. “Bakalavrın elektron ərizəsi” formasının təsdiqi TQDK tərəfindən yara¬dılmış aşağıdakı SQK-larda aparılır:
— Bakı Dövlət Universiteti
— Azərbaycan Dövlət Neft Akademiyası
— Azərbaycan Texniki Universiteti
— Azərbaycan Memarlıq və İnşaat Universiteti
— Azərbaycan Dövlət Pedaqoji Universiteti
— Azərbaycan Dövlət İqtisad Universiteti
— Azərbaycan Dillər Universiteti
— Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
— Bakı Slavyan Universiteti
— Azərbaycan Tibb Universiteti
— Azərbaycan Dövlət Dəniz Akademiyası
— Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
— Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
— Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
— Azərbaycan Milli Konservatoriyası
— Bakı Musiqi Akademiyası
— Azərbaycan Müəllimlər İnstitutu
— Naxçıvan Dövlət Universiteti
— Sumqayıt Dövlət Universiteti
— Gəncə Dövlət Universiteti
— Azərbaycan Kənd Təsərrüfatı Akademiyası
— Azərbaycan Texnologiya Universiteti
— Lənkəran Dövlət Universiteti
— Mingəçevir Politexnik İnstitutu
— Naxçıvan Müəllimlər İnstitutu
— Naxçıvan Özəl Universiteti
— “Azərbaycan” Universiteti
— Xəzər Universiteti
— “Qafqaz” Universiteti
— Qərb Universiteti
— “Odlar Yurdu” Universiteti
— Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti
— Bakı Avrasiya Universiteti
— Azərbaycan Beynəlxalq Universiteti
— Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
2.2. Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün 2009-cu il aprelin 13-dən 20-dək (bazar günü istisna olmaqla) saat 9-dan 17-dək müvafiq SQK-ya “TQDK-nın ödəmə kartı”nı və aşağıdakı sənədləri təqdim etməlidirlər:
2.2.1. Şəxsiyyəti təsdiq edən sənədin əslini:
— Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini;
— xarici dövlətlərin vətəndaşları milli pasportunu və ya Azərbaycan
Respublikasında qeydiyyat haqqında vəsiqəsini.
2.2.2. Təhsil haqqında sənədin əslini:
Azərbaycan Respublikasının ali məktəblərini əvvəlki illərdə bitirənlər bakalavr təhsili və ya ali təhsil haqqında diplomun əslini və məzunu olduqları təhsil müəssisəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali məktəbə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən bakalavr haqqında arayışı (forma 60_1M);
Azərbaycan Respublikasının ali məktəblərinin cari il məzunları həmin ali məktəb tərəfindən verilən, təhsil aldıqları ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali məktəbə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən, müəyyən edilmiş formada arayışı (forma 60_2M);
Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikası vətəndaşları və xarici dövlətlərin vətəndaşları Azərbaycan Respublikasının Təhsil Nazirliyindən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə”ni.
SQK-da bakalavrın elektron ərizəsindəki məlumatların onun sənədlərinə uyğunluğu yoxlanıldıqdan sonra ərizənin son variantı iki nüsxədə çap olunub, hər iki tərəfin imzası və SQK-nın möhürü ilə təsdiq edilir. Təsdiq edilmiş ərizənin bir nüsxəsi bakalavra verilir. Elektron ərizə formasına daxil edilmiş məlumatlara ərizə təsdiqlənən anadək düzəlişlər edilə bilər. Elektron ərizə təsdiqləndikdən sonra onda düzəlişlərin aparılmasına imkan verilmir. Düzəliş etmək üçün TQDK-ya yazılı müraciət etmək lazımdır.
3. Qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə test üsulu ilə bakalavrın məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə test üsulu ilə (bəzi proqramlar üzrə isə yazılı imtahanla) qəbul olunmaq istədiyi ixtisas üzrə bilik səviyyəsi yoxlanılır.
Hər iki mərhələdə bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
3.1. Birinci mərhələdə bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur.
Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. HSM 020000 Filologiya və HSM 040000 Dilşünaslıq istiqamətlərinə daxil olan ixtisasları seçmək istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi göstərə bilməzlər.
Tədrisi ingilis dilində olan ixtisasları seçmək istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini göstərməlidirlər.
3.2. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən, məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılırlar.
3.3. İkinci mərhələyə buraxılan bakalavrlar müəyyən olunmuş tarixdə elektron ərizələrinə daxil olaraq bitirdiyi bakalavr ixtisasına uyğun proqramı və ixtisasları seçərək təsdiq etməlidirlər.
Ali məktəblərin magistratura pilləsinə qəbul olun¬maq istəyən şəxsin seçdiyi magistr ixtisasları onun bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır (bax: “Magistr” jurnalı, 2009, №2, www.tqdk.gov.az).
Hər bir bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar eyni bir qəbul proqramına aid olmalıdır.
İxtisasların ardıcıllığı bakalavrın özü tərəfindən müəyyənləşdirilir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı ballara əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
İkinci magistr təhsili almaq istəyən şəxslər yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər.
Xarici dövlətlərin vətəndaşları, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər.
3.4. İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır.
54 saylı proqram üzrə:
-HSM 020000 Filologiya, HSM 040000 Dilşünaslıq istiqamətlərinə daxil olan ixtisasları (Azərbaycan dili, rus dili, ingilis dili, Azərbaycan ədəbiyyatı, rus ədəbiyyatı, ingilis ədəbiyyatı, ingilis dili və ədəbiyyatı, tərcümə üzrə ixtisaslar istisna olmaqla) və HSM 050000 Jurnalistika istiqamətinə daxil olan bütün ixtisasları seçən bakalavrlar, ixtisas üzrə test tapşırıqlarına cavab vermək əvəzinə, təqdim olunmuş mövzu üzrə inşa (esse) yazırlar. Yazı işi bakalavrın seçdiyi ixtisasa müvafiq dildə (ixtisaslaşma dilində) yerinə yetirilir;
-HSM 040000 Dilşünaslıq istiqamətinin HSM 040014 Tərcümə, HSM 040013 Sinxron tərcümə, HSM 040008 Tərcümə nəzəriyyəsi və dillərarası əlaqə ixtisaslarını seçən bakalavrlar, ixtisas üzrə test tapşırıqlarına cavab vermək əvəzinə, təqdim olunmuş mətni bakalavrın təhsil aldığı bölmədən asılı olaraq Azərbaycan və ya rus dilindən ixtisaslaşma dilinə yazılı tərcümə etməlidirlər.
9, 11, 27, 38, 40, 43, 45, 46 və 63 saylı proqramlara daxil olan ixtisasları seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verməlidirlər.
Yazı işləri 50 ballı şkalada qiymətləndirilir.
3.5. İmtahan suallarının cavablandırılmasına birinci mərhələdə 2 saat 30 dəqiqə, ikinci mərhələdə isə
1 saat 30 dəqiqə vaxt ayrılır.
4. Seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal (ballarının cəmi) 75-dən, o cümlədən ixtisas üzrə (testdən, essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın ingilis dilindən topladığı bal 20-dən az olmamalıdır.
5. Qəbul imtahanları Bakı və Naxçıvan şəhərlərində keçirilir.
Naxçıvan şəhərində yalnız Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və orada yaradılmış SQK-ya sənəd verən bakalavrlar imtahan verirlər.
9, 11, 27, 38, 40, 43, 45, 46, 54 və 63 saylı proqramlara daxil olan ixtisasları seçən bakalavrlar imtahanın ikinci mərhələsini Bakı şəhərində verirlər.
6. Qəbul imtahanının hər bir mərhələsində iştirak etmək üçün bakalavrın ayrılıqda "İmtahana buraxılış vərəqəsi" olmalıdır. İmtahanının birinci mərhələsində iştirak etmək üçün ərizəsini SQK-da təsdiq etdirmiş bakalavr müəyyən olunmuş tarixdə öz elektron ərizəsinə daxil olaraq birinci mərhələ üçün "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürür. Qəbul imtahanının ikinci mərhələsinə buraxılan bakalavrlar bitirdiyi bakalavr ixtisasına uyğun proqramı və ixtisasları seçərək təsdiq etdikdən sonra müəyyən olunmuş tarixdə elektron ərizəsinə daxil olaraq ikinci mərhələ üçün "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürür.
Bakalavrlar hər iki mərhələdə "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən ünvanda və tarixdə imtahanda iştirak etməli, "İmtahana buraxılış vərəqəsi"ni (hər mərhələ üçün ayrılıqda) və şəxsiyyəti təsdiq edən sənədi imtahana mütləq gətir¬məlidirlər.
7. Qəbul kampaniyası TQDK tərəfindən hazırlan¬mış normativ sənədlərlə nizamlanır. Bakalavr öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və xüsusi araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təqdimetmə, köçürtmə və ya köçürtməyə şərait yaratma, imtahana mobil telefon, digər rabitə və ya köməkçi vasitələri gətirmə, imtahana öz yerinə başqasını göndərmə, qaydalara zidd hərəkətlərə və digər sax-takarlıqlara yolvermə) aşkar edildikdə onun imtahan nəticələri TQDK tərəfindən ləğv edilir.
Təhsil formasından asılı olmayaraq hər hansı bir ixtisasa yerləşdirilmiş bütün bakalavrlar tələb olunan sənədləri 10 gün müd¬dətində müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisasda təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Bakalavrlar müəyyən olunmuş müddətdə imtahanın nəticələri ilə əlaqədar TQDK tərəfindən yaradılan apelyasiya komissiyasına müraciət edə bilərlər.
Bir ali məktəbdən digərinə köçürülmək, təhsil formasını və ya ixtisası dəyişdirmək və təhsil haqqını ödəməklə bağlı müraciətlərə, həmçinin apelyasiya komissiyasının fəaliyyət dövrü başa çatdıqdan sonra daxil olan ərizələrə baxılmır.
|
|
|