
9 illik əsas təhsil bazasından orta ixtisas məktəblərinə qəbul
Azərbaycan Respublikasının orta ixtisas təhsili məktəblərinə 2009/2010-cu tədris ili üçün əsas (9 illik) təhsil bazasindan tələbə qəbulu elanı
Azərbaycan Respublikasının dövlət və qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş qeyri-dövlət orta ixtisas təhsili məktəblərinə əsas təhsil bazasından sənəd qəbulu aşağıdakı qaydada aparılır:
1. Abituriyentlər sənədlərini iyunun 24-dən iyulun 31-nə qədər (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayona müvafiq olaraq, aşağıdakı Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edirlər.
Bakı şəhəri:
Binəqədi rayonu 83 saylı məktəb
(İ.Dadaşov küç., 91, tel.: 561-63-66);
Binəqədi rayonu 115 saylı məktəb
(Azadlıq prospekti,183, tel.: 569-04-94);
Binəqədi rayonu 297 saylı məktəb
(Y. Hüseynov küç., 7-ci döngə, tel.: 406-69-84,
406-29-97);
Xətai rayonu 95 saylı məktəb
(Qaçaq Nəbi küç., 13, tel.: 475-18-33, 570-51-06) ;
Xətai rayonu 55 saylı məktəb
(İ. Orucov küç.,21, tel.: 490-08-59, 490-15-35);
Xətai rayonu 249 saylı məktəb
(Gəncə prospekti,14, tel.: 579-37-06, 471-20-60);
Nəsimi rayonu 19 saylı məktəb
(A.Mustafayev küç., 20 tel.: 569-62-71);
Nəsimi rayonu 46 saylı məktəb
(Bülbül prospekti 36, tel.:495-84-82)
Səbail rayonu 190 saylı məktəb
(N. Rəfibəyli küç., 8, tel.: 492-48-74);
Səbail rayonu 49 saylı məktəb
(A. Nəsirov küç., 5, tel.: 491-23-77, 491-55-49);
Sabunçu rayonu 107 saylı məktəb
(Bakıxanov qəs., M.Gəncəvi küç., 14, tel.: 425-49-97,
425-02-78);
Sabunçu rayonu 75 saylı məktəb
(Zabrat qəs., Əzizbəyov küç., 1, tel.:550-24-05);
Qaradağ rayonu 139 saylı məktəb
(Lökbatan qəs. N.Gəncəvi küç., 1, tel.: 445-21-93);
Əzizbəyov rayonu 136 saylı məktəb
(Binə qəs. H. Hasilov küç.,1, tel.: 456-25-35);
Nizami rayonu 210 saylı məktəb
(Q.Qarayev küç. 73 “b”, tel.:421-64-48, 421-90-37);
Nizami rayonu 250 saylı məktəb
(B. Nuriyev küç., 45, tel:474-08-41, 474-62-97);
Nərimanov rayonu 47 saylı məktəb
(Azadlıq prospekti, 139, tel.: 440-93-01, 440-96-25);
Nərimanov rayonu 178 saylı məktəb
(A. Heydərov küç., 26-6, tel.: 567-54-28, 567-82-43);
Yasamal rayonu 158 saylı məktəb
(A. Abbasov küç.,6, tel.: 432-50-96, 432-64-13);
Yasamal rayonu 225 saylı məktəb
(Ə.Ələkbərov küç., 507/511 məhəllə, tel.: 438-11-84, 438 31-61);
Suraxanı rayonu 85 saylı məktəb
(Suraxanı qəs. 5-ci mədən, X. Ələkbərov küç., 18,
tel.: 452-14-07);
Suraxanı rayonu 104 saylı məktəb
(Qaraçuxur qəs. C. Qurbanov küç., 3, tel.: 427-60-02).
Digər rayonlar (şəhərlər):
Rayon (Şəhər)Təhsil Şöbəsi
Xarici dövlətlərin vətəndaşları sənədlərini TQDK-da yaradılmış SQK-da təqdim edirlər.
2. Abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:
a) əsas təhsil haqqında şəhadətnamənin əslini (əsas təhsil bazasından təhsili əvvəlki illərdə başa vurmuş şəxslər bu sənədlə yanaşı təhsil aldıqları məktəbdən tam orta təhsil almadıqları haqqında arayışı);
b) təhsil aldıqları məktəbdən əsas təhsil pilləsi üzrə şəhadətnamənin nömrəsi göstərilmiş fotoşəkili olan arayışı (arayışda fotoşəkil məktəbin möhürü ilə təsdiqlənir),
c) doğum haqqında şəhadətnamənin əslini
(2009-cu il iyunun 15-dək 16 yaşına çatmış gənclər şəxsiyyət vəsiqəsini);
d) yeni çəkilmiş hamısı eyni olan 3x4 sm ölçüdə
2 ədəd fotoşəkili (ağ fonda, rəngli);
3. Abituriyentlər sənədlərini SQK-ya təqdim edərkən “Abituriyentin ərizəsi" formasını şəxsən doldurmalıdırlar. Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsil forması ödənişsiz və ödənişli olan 5-ə qədər ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Xarici dövlətlərin vətəndaşları, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər.
4. Xüsusi qabiliyyət tələb edən ixtisaslar ixtisaslar siyahısında ulduz «*» işarəsi ilə qeyd olunmuşdur. Bu ixtisasları seçən abituriyentlər test imtahanından əvvəl xüsusi qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyent:
- iyunun 29-dan iyulun 20-dək seçdiyi ixtisasın aid olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib qabiliyyət imtahanının cədvəlini götürməli;
- iyulun 21-dən iyulun 28-dək seçdiyi ixtisasın aid olduğu təhsil müəssisəsində qabiliyyət imtahanı verməli;
- qabiliyyət imtahanını başa vurduqdan sonra iyulun 31-dək qabiliyyət imtahanı verdiyi təhsil müəssisəsində yaradılmış SQK-da ərizə forması doldurmalıdır.
Xüsusi qabiliyyət tələb edən ixtisası müvafiq qabiliyyət imtahanından məqbul alan abituriyent seçə bilər. Abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.
Xüsusi qabiliyyət imtahanında məqbul ala bilməyən abituriyentlər ərizələrində yalnız qabiliyyət imtahanı tələb etməyən ixtisasları göstərə bilərlər.
5. Loqopediya ixtisasını seçən abituriyentlər nitq qüsurlarının olub-olmamasını müəyyən edən komissiyadan keçməlidirlər. Komissiya mərkəzləşmiş şəkildə iyulun 20-dən 28-dək (şənbə və bazar günləri istisna olmaqla) TQDK-da fəaliyyət göstərir.
6. Qəbul imtahanları respublikanın müxtəlif bölgələrində keçirilir.
7. İmtahanda iştirak etmək üçün SQK-da abituriyentə müəyyən olunmuş tarixdə "İmtahana buraxılış vərəqəsi" və "Abituriyentin vəsiqəsi" verilir. Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni, "Abituriyentin vəsiqəsi"ni və doğum haqqında şəhadətnamənin əslini (16 yaşına çatmış gənclər şəxsiyyət vəsiqəsini) mütləq imtahana gətirməlidirlər.
8. Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan verirlər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunur.
Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan verirlər. Rus bölməsinin abituriyentlərinə Azərbaycan dili fənnindən 5, rus dilindən 10 sual təqdim olunur.
9. Abituriyentin ümumi balı hər bir fənn üzrə topladığı nisbi balların cəmi əsasında müəyyənləşir.
Fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır:
NB = ((D-Y/4)/S)*100
NB - fənn üzrə nisbi bal; D - düzgün cavabların sayı; Y – səhv cavabların sayı; S - fənn üzrə sualların ümumi sayı.
Hesablama 0.001-ə qədər dəqiqliklə aparılır. Hesablamanın nəticəsi mənfi alınarsa, nisbi bal “0.000” kimi qəbul edilir.
10. Müsabiqəyə ümumi balı 10-dan az olmayan abituriyentlər buraxılır.
Ümumi balı eyni olan iki və daha çox abituriyentin hamısını qəbul planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda, onları bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə informasiyadan istifadə edilir.
- ana dili fənni üzrə nisbi balının miqdarı;
- riyaziyyat fənni üzrə nisbi balının miqdarı;
- bütün fənlər üzrə bütövlükdə düzgün
cavablarının sayı;
- ana dili fənni üzrə düzgün cavablarının sayı;
- riyaziyyat fənni üzrə düzgün cavablarının sayı.
11. Qəbul kampaniyası TQDK tərəfindən hazırlanmış normativ sənədlərlə nizamlanır. Abituriyent öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və xüsusi araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təqdimetmə, köçürtmə və ya köçürtməyə şərait yaratma, imtahana mobil telefon, peycer və digər rabitə vasitələri gətirmə, imtahana öz yerinə başqasını göndərmə, qaydalara zidd hərəkətlərə və digər saxtakarlığa yolvermə) aşkar edildikdə onun imtahan nəticələri TQDK tərəfindən ləğv edilir.
12. Qəbul olunan abituriyentlərin digər təhsil müəssisəsinə köçürülməsi, təhsil formasının və ya ixtisasının dəyişdirilməsi və təhsil haqqının ödənilməsi ilə bağlı müraciətlərinə baxılmır.
13. Orta ixtisas məktəblərinə yerləşdirilmiş bütün abituriyentlər sənədlərini 10 gün müddətində müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi sayılır.
Qeyd: dövlət və özəl orta ixtisas məktəblərinin qəbul planında ödənişli ixtisaslar üzrə təhsil haqqı əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmaqla göstərilib.
Azərbaycan Respublikasının orta ixtisas təhsili məktəblərinə 2009/2010-cu tədris ili üçün əsas (9 illik) təhsil bazasından tələbə qəbulu qaydaları
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikasının dövlət və qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş qeyri-dövlət orta ixtisas təhsili məktəblərinə əsas təhsil bazasından tələbə qəbulunu mərkəzləşdirilmiş şəkildə test üsulu ilə aşağıdakı qaydalara əsasən həyata keçirir:
1. Əsas təhsil bazasından orta ixtisas təhsili məktəblərinə qəbul olunmaq hüququna əsas təhsil bazası üzrə təhsilini başa vurmuş Azərbaycan Respublikasının bütün vətəndaşları malikdirlər.
Xarici dövlətlərin vətəndaşları, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, əsas təhsil bazasından orta ixtisas təhsili məktəblərinə yalnız ödənişli əsaslarla qəbul oluna bilərlər.
Tam orta təhsil almış şəxslər əsas təhsil bazasından orta ixtisas təhsili məktəblərinə qəbul olunmaq üçün sənəd verə bilməzlər.
2. Sənədlərin qəbulu TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarında aparılır.
3. Abituriyentlər əsas təhsil haqqında şəhadətnamənin əslini (əsas təhsil bazasından təhsili əvvəlki illərdə başa vurmuş şəxslər bu sənədlə yanaşı təhsil aldıqları məktəbdən tam orta təhsil almadıqları haqqında arayışı), təhsil aldıqları məktəbdən əsas təhsil pilləsi üzrə şəhadətnamənin nömrəsi göstərilmiş fotoşəkili olan arayışı, doğum haqqında şəhadətnamənin əslini (2009-cu il iyunun 15-dək 16 yaşına çatmış gənclər şəxsiyyət vəsiqəsini) və 3x4 sm ölçüdə iki ədəd fotoşəkili Sənəd Qəbulu Komissiyasına təqdim edib «Abituriyentin ərizəsi» formasını şəxsən doldurmalıdırlar.
4. Abituriyentlər orta ixtisas məktəblərinin təhsil forması ödənişsiz və ödənişli olan 5-dək ixtisas kodunu seçə bilərlər. İxtisasların ardıcıllığı abituriyent tərəfindən müəyyənləşdirilir. Seçilmiş ixtisasların «Abituriyentin ərizəsi» formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi nəzərə alınır və abituriyent topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
5. Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən test imtahanı verirlər.
Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən rus dili fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan verirlər.
6. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər test imtahanlarından əvvəl seçdikləri ixtisasın aid olduğu təhsil müəssisəsində qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları ərizələrində qabiliyyət imtahanından məqbul alan abituriyentlər göstərə bilərlər.
Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı digər ixtisasları da seçmək imkanı verilir.
7. Seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin topladığı bal TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
8. Qəbul imtahanlarının nəticələri imtahandan sonra on gün müddətində elan edilir. Təhsil formasından asılı olmayaraq hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi sayılır.
9. Boş qalan plan yerlərinə əlavə yerləşdirmə aparıla bilər.
10. Bir təhsil müəssisəsindən digərinə keçmək, təhsil formasını və ya ixtisası dəyişdirmək və təhsil haqqını ödəməklə bağlı müraciətlərə baxılmır.
11. Qəbul kampaniyası TQDK tərəfindən hazırlanmış normativ sənədlərlə nizamlanır. Abituriyent öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və xüsusi araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təqdimetmə, köçürtmə və ya köçürtməyə şərait yaratma, imtahana mobil telefon, peycer və digər rabitə vasitələri gətirmə, imtahana öz yerinə başqasını göndərmə, qaydalara zidd hərəkətlərə və digər saxtakarlığa yolvermə) aşkar edildikdə onun imtahan nəticələri TQDK tərəfindən ləğv edilir.
|
|
|